ANS-in vitse-prezidenti Mirşahin Ağayev Leyla Yunusun telekanalın təmsilçisinə qarşı kobud davranışını şərh edib: "Qafqazinfo" həmin süjeti təqdim edir: Leyla Yunusun jurnalistlərlə davranışı bizə keçmişi xatırlamağa vadar etdi. Ona elə öz davranışları cavab verir. Aha, yaxşı baxın. Özüdür, həmin mikrofondur, Leyla xanım. O mikrofon ki, siz ANS yazısı ilə onu Qarabağa, döyüş bölgəsinə buraxmırdınız. Görünür, sizdə ANS-ə qıcıq elə o vaxtdandır. Amma nahaq yerə, jurnalist öz işini görür. Ona kobudluq etmək, vecinə almazlıq nümayiş etdirmək olmaz. Kənardan özünüzə baxın bir. Bu sizsiz. Bu isə başqa bir Yunus. Arabir Jirinovski də deyirlər. Nə qədər oxşar mənzərədir. Siz əslində ANS-ə qəzəblənmirsiniz, özünüzə qəzəblənirsiniz. Baxın. Alma yeyə-yeyə hansısa qarınağrısından, mikroinfarktdan danışırsınız və heç nəylə inandırmırsınız. Özünüzə bir qulaq asın. ANS-i nədə günahlandırırsınız? ANS hökumətin sifarişi ilə işləyir. İndi gəlin, sizə verilən suala və cavabınıza baxaq. Səfiri özünüzlə aparmağa yaxşı edirəm, deyirsiniz. Hansı yaxşıdır, lap elə hökümətin sifarişilə işləmək, yoxsa xarici dövlətin himayəsinə sığınmaq. Siz polisin papağını, kiçik ehtiyaclarınızı unitazla ödədiyinizi izah edəndə, guya yazıq görkəmdə olduğunuzu və polisin qabalığını göstərməklə istəyirsiniz. Baxın, amma polis sizinlə belə danışır. Siz isə ANS-in öz işini yerinə yetirən əməkdaşına belə yanaşırsınız. Kimdir daha qaba. Kimdir kobud? Və nəhayət, Sizin bu gün bütün günü özünüzü nahaq yerə saxlanılmış məhbus kimi aparmağınızın sonu necə oldu?. Sevdiyiniz azadlıqdasınız yenə. Heç kəs tutulmayıb, heç kəs həbs edilməyib. Söz soruşub buraxıblar. Ağrımayan başınıza bağladığınız dəsmalı açın. Bir az geniş düşünün. Qadını ayaqyolunda görmək Azərbaycan üçün xarakterik deyil. Bir zamanlar sizə simpatik sosial demokrat deyərdilər. İndi isə sizi unitaza buraxdığınız qoxu ilə yadımızda saxlamaq zorundayıq. Təəssüf…
Sorğu
Yeni dizaynımız necədir?