GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Ziya Məmmədov indi də əmlaklarını itirir - təfərrüat

Ziya Məmmədov indi də əmlaklarını itirir - təfərrüat

Tarix: 4-04-2018, 12:30 Bölmə :Cəmiyyət Baxış: 336
Ziya Məmmədov indi də əmlaklarını itirir - təfərrüat

“Prezident seçkisindən sonra sabiq naziri həbs edə bilərlər” iddiası

Sabiq nəqliyyat naziri Ziya Məmmədov ailə biznes-imperiyasına daxil olan aktivləri itirməkdə davam edir. 2018-ci il aprelin 1-dən belə obyektlərdən biri olan Qubadakı beşulduzlu “Quba Rixos” hoteli rebrendinq edib.

Hoteli Ziya Məmmədovun əlindən əslində 2015-ci ildə almışdılar. O dövrdə hakimiyyətdə Ziya Məmmədova inamsızlıq yaranmışdı və nəqliyyat naziri olaraq səlahiyyətləri çox ciddi şəkildə məhdudlaşdırılmışdı. Həmin günlərdə belə xəbərlər yayılmışdı ki, Ziya Məmmədova oğlu Anar Məmmədovun idarə etdiyi “Garant Holdinq”ə daxil olan beşulduzlu “Rixos Quba Azərbaycan” hotelini təhvil vermək tapşırılıb. Hotelin sahibi dəyişidirilib və fəaliyyətini davam etdirib. Yeni sahibləri isə 2018-ci il aprelin 1-dən hotelin adını “Quba Palace”yə dəyişiblər.

Hotelin baş meneceri Kənan Ağayevin sözlərinə görə, “Quba Palace” yüksək səviyyəli xidməti ilə sektorda uğurlu və peşəkar imicini saxlayaraq yeni brendini daha da məşhurlaşdırmağa çalışacaq. Hotel rəhbərliyi “Rixos” brendinin hotelin adından çıxarılmasının yeni çağırışlarla əlaqəli olduğunu bildirib: ““Rixos” brendi regionu tərk etmək haqqında qərarını açıqlayaraq rəsmən həm Azərbaycan, həm də Gürcüstan bazarından çıxır. Nəticə etibarilə aprel ayından Azərbaycandakı “Quba Rixos” hoteli “Quba Palace”, Gürcüstandakı “Rixos Borjomi” isə “Borjomi Likani” adını daşıyacaq. Biz daha çox turist cəlb etmək, hotelimizin böyük potensial və imkanlarından səmərəli şəkildə istifadə etmək istəyirik. Əminik ki, yaxın bir müddətdə “Quba Palace” bazarda daha güclü bir brend kimi tanınacaq".

Qeyd edək ki, Azərbaycanda ilk və yeganə qolf meydançasına malik “Quba Palace” (keçmiş “Rixos”) hotel kompleksi 2013-cü ildə istifadəyə verilib. Maraqlıdır ki, Ziya Məmmədovun oğlu Anar Məmmədov hoteli 2015-ci ildə təhvil versə də, rəhbərlik etdiyi “Garant Holdinq”in saytında http://www.garant.az/az/Layih%C9%99l%C9%99r/2333 ttp://www.garant.az/az/Layih%C9%99l%C9%99r/2333 hələ də hotelin “Rixos Quba Azərbaycan”ın holdinqə daxil olduğu haqda məlumat qalmaqdadır. Onu da qeyd edək ki, 2011-ci ildə Ziya Məmmədovun oğlu Anar Məmmədov Azərbaycan Qolf Federasiyasını qeydiyyatdan keçirib. Özü də həmin federasiyanın prezidenti seçilmişdi. 2 il sonra isə Anar Məmmədov “Rixos Quba Azərbaycan”da ölkədə yeganə qolf meydançasını da istifadəyə vermişdi. 2015-ci ildə “Rixos Quba Azərbaycan” Məmmədovların ailə holdinqlərinin tərkibindən çıxarılandan sonra Anar Məmmədov Azərbaycan Qolf Federasiyasını maliyyələşdirməkdən də imtina edib. Hazırda federasiyanın qapıları bağlıdır. Federasiya maliyyə çatışmazlığına görə uzun müddətdir ki, heç bir beynəlxalq yarışlara da qatıla bilmir. İşçilər də aylarla əmək haqqı almadıqdan sonra işə çıxmaqdan imtina ediblər.

Yada salaq ki, Ziya Məmmədovun ailə holdinqi bir vaxtlar Bakının sərnişindaşıma nəqliyyatında inhisarçı mövqedə olan “Transgate” MMC-yə sahib idi. Ziya Məmmədovun kreslosu laxlayandan sonra “Transgate”ə məxsus avtobuslar istifadəyə yararsız adı ilə Bakını əhatə edən marşrut xətlərindən çıxarıldı. MMC-yə məxsus 10-dan çox marşrut başqa daşıyıcılara təhvil verildi. Məmmədovların Bakının mərkəzində ucaltdıqları və bir vaxtlar hər kəsin Ziya Məmmədovun klanı üçün “xilas kəməri” hesab etdiyi “Trump Tower” də artıq özgəninkiləşdirilib.

Ziya Məmmədov hakimiyyətdəki mövqelərini itirdiyi günlərdə onun oğlu Anar Məmmədovun özünə dost elan etdiyi Donald Tramp ABŞ-da prezidentliyə namizəd idi. Trampın prezident seçilməsindən sonra Azərbaycanda buna ən çox sevinən Məmmədovlar ailəsi idi. Ziya Məmmədovun karyerasının qürub etdiyi bir zamanda oğlu Anar Məmmədovun dostu Trampın supergüc dövlətin prezidenti seçilməsi ciddi tramplin ola bilərdi. Belə iddialar da vardı ki, Ziya Məmmədov Trampın prezident seçilməsi şərəfinə ziyafət təşkil edib. Oğlu Anar Məmmədov da ABŞ seçkilərinin nəticəsini toy-bayrama çevirmişdi. Hətta belə xəbərlər dolaşırdı ki, Ziya Məmmədov yolunun vitse-prezidentliyə açıldığını düşünür, revanşa hazırlaşırmış.

Lakin çərxi-fələk tam əksini ortaya qoydu. Tikinti maqnatı olan milyarder Donald Tramp azərbaycanlı oliqarx Anar Məmmədova görə ölkəsində kəskin tənqidə məruz qaldı, iş o yerə çatdı ki, Donald Trampın adını daşıyan dəbdəbəli hotellər şəbəkəsinin Azərbaycandakı binası üzərindən “Trump Tower” sözləri söküldü. Halbuki 2014-cü ildə Tramp bəyan etmişdi ki, “Trump İnternational Hotel & Tower Baku” “Trump Organization”un standartlarını daşıyan ən yaxşı qlobal inkişaf layihələrindən biridir. Trampın adını daşıyan binaların çoxu kimi Bakıdakı hotel də ona məxsus deyildi. Bina Məmmədovun nəzarət etdiyi “Garant Holdinq” tərəfindən tikilmişdi və onun şirkətinə məxsus idi.

Tramp adının bu hoteldə istifadə edilməsinə və layihə ilə bağlı təcrübəsinə görə sərfəli komissiyon haqqı olaraq 2,5 milyon dollar alıb. Yayılan maliyyə sənədlərindən məlum olurdu ki, Anar Məmmədovun hotelini idarə etmək üçün “THC Baku Hotel Manager Services LLC”, “THC Baku Hotel Manager Services Member Corp.” , “THC Baku Services LLC” və “THC Baku Services Member Corp.” adlı şirkətlər təsis edilib. Həmin şirkətlərin ikisində Donald Tramp 100 faiz, ikisində isə 99 faiz paya malikdir. Hotelin Trampın dəbdəbəli hotellər zəncirinin bir hissəsi kimi idarə olunacağı haqda da xəbərlər vardı. Amma bu baş vermədi. Hoteldən “Trump Tower” sözləri söküləndən sonra Ziya Məmmədovun rəhbərlik etdiyi nazirlik də yenidən təşkil edildi. Ziya Məmmədov və komandası işsiz qaldı.

Hakimiyyətin bu gedişi sabiqə çevrilən Ziya Məmmədovun çox ciddi narazılığına səbəb olub. Oğlunu ölkədən çıxaran sabiq nazirin mövcud hakimiyyətə qarşı gizli savaşın passiv üzvünə çevrilməsi iddiaları da var. Onun baş nazirin sabiq 1-cü müavini Abbas Abbasovla əlaqəli şəkildə hazırda hakimiyyətə qarşı xaricdən hücumlar edən mühacir kəsimə dəstək verməsi xəbərləri də gəlməkdədir. Hər prezident seçkisi öncəsi təşkil edilən belə hücumların daha kəsərli olması üçün iş aparılır. Bu iddialar doğrulsa, o zaman Ziya Məmmədovun da prezident seçkilərindən sonra başının dərddə olacağı qaçılmazdır.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • "Quba Rixos"-da Anar Məmmədovun əlindən çıxdı

    "Quba Rixos"-da Anar Məmmədovun əlindən ...

    2-04-2018, 18:43

  • 
  • Ziya Məmmədovun oğlu Azərbaycandan qaçaq düşdü... - Atası ilə əlaqədar problemlərlə bağlı...

    Ziya Məmmədovun oğlu Azərbaycandan qaçaq düşdü... ...

    28-09-2015, 12:50

  • 
  • Ziya Məmmədovun qardaşı da işdən çıxarıldı

    Ziya Məmmədovun qardaşı da işdən çıxarıldı ...

    5-10-2015, 21:39

  • 
  • ZİYA MƏMMƏDOVA MƏXSUS HOLDİNG AYLARDIR İŞÇİLƏRİN MAAŞINI VERMİR

    ZİYA MƏMMƏDOVA MƏXSUS HOLDİNG AYLARDIR İŞÇİLƏRİN ...

    25-02-2016, 16:54

  • 
  • Ziya Məmmədovun media layihəsi baş tutmadı

    Ziya Məmmədovun media layihəsi baş tutmadı ...

    16-05-2014, 10:52


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (483)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu