GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Ziya Məmmədovun Cavid Qurbanova cavabı özünü çox gözlətmədi

Ziya Məmmədovun Cavid Qurbanova cavabı özünü çox gözlətmədi

Tarix: 4-04-2018, 12:57 Bölmə :Cəmiyyət Baxış: 377
Ziya Məmmədovun Cavid Qurbanova cavabı özünü çox gözlətmədi

Sabiq nazir ittihamlara hücumla qarşılıq verdi; Dəmir Yolu İdarəsi rəisinin komandası korrupsioner fəaliyyətdə və dəmir yolu sistemini dağıtmaqda suçlandı

Azərbaycan Dəmir Yolları QSC-nin sədri, deputat Cavid Qurbanovun son müsahibəsində verdiyi açıqlamalar cəmiyyətdə geniş müzakirələrə səbəb oldu. Müzakirələrlə yanaşı, müsahibədə söylədiyi bəzi fikirlər C.Qurbanova qarşı hücumların başlamasına gətirib çıxarıb.

Xatırladaq ki, QSC sədri Bakı-Tiflis-Qars dəmi ryolu xətti ilə sərnişindaşımaya gələn ildən tez başlanmasının mümkün olmadığını deyib. Onun sözlərindən məlum olub ki, bu ləngiməyə “bəzi adamlar” səbəb olub. Belə ki, 3 il əvvəl sədrin adlarını çəkmək istəmədiyi bəzi adamların səhlənkarlığı üzündən sərnişin vaqonlarının alınmasına dair sifariş vaxtında icra olunmayıb: “Vaqonların alınması ilə bağlı 3 il əvvəl saziş imzalanıb. Lakin adını çəkməyəcəyim bəzi adamların səhlənkarlığı üzündən saziş sonadək işlənməyib. Sonra mən cənab prezidentə müraciət etdim, o, tapşırıq verdi, əlavə maliyyə mənbəyi tapıldı. Bundan sonra vaqonların hazırlanmasına başlanır, bu da haradasa 7-8 ay çəkəcək”.

C.Qurbanovun adını çəkmək istəmədiyi şəxslər, aydın məsələdir ki, ondan əvvəl Azərbaycanın nəqliyyat və dəmiryol sisteminə rəhbərlik edənlərdir. Yəni idarə rəisi adlarını çəkməsə də, sabiq nəqliyyat naziri Ziya Məmmədovla Dəmir Yolunun əvvəlki rəhbəri Arif Əsgərovun sayəsində Bakı-Tiflis-Qarsla sərnişindaşımanın tez təşkil oluna bilməyəcəyini vurğulayıb. Bu isə faktiki olaraq, dövlət rəhbərliyinin diqqətində olan bir layihənin məhz bu iki şəxsin səhlənkarlığı üzündən yubandığı deməkdir.

C.Qurbanovun açıqlamasına qarşı tərəfin cavabı özünü çox gözlətmədi. Müxtəlif mətbuat orqanlarında, internet resurslarında ADDY sistemindəki “pozuntularla” bağlı materiallar dərc olunmağa başlayıb.

Belə materiallarda qeyd olunur ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin tərkibində olan “Təsərrüfat İdarəsi” MMC-də bir sıra qanun pozuntuları aşkarlanıb. Bildirilir ki, Bakı Dəmir Yolu Deposunda Rəhman Babaşov, Sərnişin Daşınmalar Departamentinin rəisi Elyar Muradov, onun müavini Hikmət Quliyev və digərlərinin əlbir olaraq qanunsuzluqlar edirlər, korrupsiya əməllərinə yol verirlər.

O da qeyd olunur ki, C.Qurbanov Sərnişin Daşınmaları Departamentinin rəisi Elyar Muradovla çox yaxın münasibətlərə malikdir və hər zaman bir yerdə olurlar.

Yazılarda dəmiryolçulara istinadən iddia olunur ki, C.Qurbanov rəis təyin olunduqdan sonra işçilərin əmək haqları 3 dəfə aşağı düşüb: “Halbuki keçmiş sədr Arif Əsgərovun dövründə qatar rəisləri 500-600 manat arası əmək haqqı alırdılar. Ancaq indi özlərinə məxsus qatar rəislərindən başqa yerdə qalanlar 250-300 manat arası əmək haqqı alır. QSC-də hər kəs yaxşı bilir ki, Bakı Deposunda Rəhman Babaşovun rəhbərliyi altında hər ay yüz min manatlarla vəsait silinərək mənimsənilir”.

Həmçinin bildirilir ki, R.Babaşovun himayədarı Elyar Muradovdur. Onun sayəsində R.Babaşov yol verdiyi qanunsuzluqlara rəğmən cəzasız qalır. C.Qurbanov isə E.Muradov və onun dəstəsinin fəaliyyətinə məqsədyönlü şəkildə göz yummaqda ittiham olunur.

Göründüyü kimi, C.Qurbanov ad çəkmək istəməsə də, atdığı daş ünvanına gedib çatıb. Buna görə də qarşı tərəf boş dayanmayaraq, mediada C.Qurbanovun fəaliyyətinə kölgə salacaq hücum təşkil etməyə nail olub./musavat
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Cavid Qurbanovun yalan çıxan vədi və… - Ziya Məmmədova hücumunun sirri

    Cavid Qurbanovun yalan çıxan vədi və… - Ziya ...

    31-03-2018, 15:21

  • 
  • Cavid Qurbanov Ziya Məmmədovun yeznəsini yoxlatdırdı, baş mühasib özünü asdı

    Cavid Qurbanov Ziya Məmmədovun yeznəsini ...

    1-08-2015, 01:57

  • 
  • İrandan Azərbaycana dəmir yolu çəkiləcək (VİDEO)

    İrandan Azərbaycana dəmir yolu çəkiləcək (VİDEO) ...

    13-10-2015, 22:01

  • 
  • Ziya Məmmədovun adamı oğurluqda ittiham olunur

    Ziya Məmmədovun adamı oğurluqda ittiham olunur ...

    29-09-2016, 17:03

  • 
  • «130 MANATA SATIB, 65-ə SƏNƏDLƏŞDİRİRLƏR»

    «130 MANATA SATIB, 65-ə SƏNƏDLƏŞDİRİRLƏR» ...

    27-12-2016, 21:41


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu