Qarabağ Azadlıq Təşkilatı (QAT), həmçinin bir sıra ictimai xadimlər, Qarabağ döyüşçüləri Qarabağ mitinqi keçirmək üçün Bakı şəhəri İcra hakimiyyətinə müraciət göndərib.
Müraciətdə göstərilir:
Biz, Qarabağ Azadlıq Təşkilatı olaraq, aşağıda imza edənlərin təşkilatçılığı ilə Azərbaycan Respublikası Konstitusiyasının 49-cu maddəsinə, “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Dağlıq Qarabağ və digər ərazilərimizin hələ də Ermənistanın işğalı altında qalmasına etiraz etmək, həmçinin torpaqlarımızın azadlığı işinə ictimai dəstəyi nümayiş etdirmək məqsədilə Qarabağ mitinqi keçirmək haqda qərar qəbul etmişik. Qarabağ mitinqinin 2018-ci il mayın 12-də, saat 1600 dan 1800 dək 10 min nəfərin iştirakı ilə Yasamal rayonu ərazisində “Məhsul” stadionunda keçirilməsi nəzərdə tutulur.
Mitinqdə “Qarabağa azadlıq!”, “Ya Qarabağ, ya ölüm!”, “Ya Qarabağı azad et, ya kənara çəkil!”, “Qarabağda azadlıq müharibəsinin başlanmasını tələb edirik!”, “Beynəlxalq qurumların qərəzli vasitəçiliyini rədd edirik!” şüarları səsləndiriləcək, eyni məzmunda plakatlar qaldırılacaq, çıxışlar ediləcək, qətnamə qəbul olunacaq.
Xahiş edirik ki, Qarabağ mitinqinin keçirilməsi üçün qanunvericiliyə uyğun olaraq şəraitin yaradılması və təhlükəsizliyin təmin olunması üçün tapşırıqlarınızı verəsiniz.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?