Azərbaycanda fəaliyyət göstərən "Kanal 13" internet televiziyasının direktoru Əziz Orucovun azadlığa buraxılmasını alqışlayıb.
Qurumun media azadlığı üzrə nümayəndəsi Arlem Dezir məsələ ilə bağlı bəyənat yayıb.
O qeyd edib ki, ATƏT-in media azadlığı üzrə ofisi digər jurnalistlərin cinayət işi ilə bağlı Azərbaycan hökuməti ilə əməkdaşlıq etməyə və ölkədə media azadlığı ilə bağlı vəziyyəti yaxşılaşdırmağa dəstək verməyə hazırdır.
Qeyd edək ki, Ə.Orucov ötən il mayın 2-də polisə müqavimət ittihamı ilə saxlanılıb, məhkəmə ona 30 sutka inzibati həbs cəzası verib. İyunun 1-də isə Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində haqqında cinayət işi başlanıb, Ə.Orucova Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham verilib.
Daha sonra Nəsimi Rayon Məhkəməsinin qərarı ilə Ə.Orucovun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 6 il müddətinə azadlıqdan məhrum edilib.
Aprelin 5-də Ali Məkəmə Ə.Orucovun kassasiya şikayətinə baxıb. Məhkəmənin qərarına əsasən, onun ittiham oluduğu Cinayət Məcəlləsinin 192.2-ci (qanunsuz sahibkarlıq) maddəsinə xitam verilib. 308.2-ci maddəsi 308.1-ci maddəsinə tövsif edilib.
Məhkəmə onun barəsində şərti cəza qərarı çıxarıb və Ə.Orucov azadlığa buraxılıb.
Sorğu
Yeni dizaynımız necədir?