GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » JMK: Azərbaycan - jurnalistləri həbsə atmaq, onları oğurlamaq, saytları bloklamaq, hesabları sındırmaq...

JMK: Azərbaycan - jurnalistləri həbsə atmaq, onları oğurlamaq, saytları bloklamaq, hesabları sındırmaq...

Tarix: 7-04-2018, 20:52 Bölmə :Cəmiyyət Baxış: 448
JMK: Azərbaycan - jurnalistləri həbsə atmaq, onları oğurlamaq, saytları bloklamaq, hesabları sındırmaq...


Beynəlxalq Jurnalistləri Müdafiə Komitəsi Azərbaycan hakimiyyətinin prezident seçkiləri ərəfəsində repressiyaları haqqında məqalə (https://cpj.org/blog/2018/04/azerbaijan-goes-to-the-polls-amid-muzzled-media-an.php) dərc edib.

"Aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ərəfəsində müxalifətdən potensial namizədlər həbsə salınıb, yaxud imkanından məhrum edilib, siyasi landşaft isə fərqli düşüncənin ifadə edilməsinin bütün variantlarından təmizlənib", məqalə müəllifi Gyulnoza Said yazır.


Jurnalistləri həbsə atmaq, xaricdə onları oğurlamaq, maliyyə cinayətlərində ittiham etmək, saytları bloklamaq, sosial şəbəkələrdə hesabları sındırmaq, səfərlərə qadağalar tətbiq etmək: bu, Azərbaycan hökumətinin müstəqil KİV-ləri, tənqidi səsləri susdurmaq məqsədilə gördüyü tədbirlərin natamam siyahısıdır.

Azərbaycan dünyada həbsdə olan jurnalistlərin sayının ən çox olduğu ölkələr sırasına daxildir, 2017-ci il dekabrın 1-nə olan məlumata görə, bu ölkədə 10 jurnalist həbsdə idi. Amma Bakıya qarşı beynəlxalq təzyiq müəyyən təsir göstərib.

Ölkənin sonuncu müstəqil KİV-i olan Turan agentliyinin direktoru Mehman Əliyev hesab edir ki, 2017-ci ilin avqustunda onun uydurma vergi ödənişindən yayınma ittihamı ilə həbsi ilə əlaqədar ABŞ-ın təzyiqi və beynəlxalq etirazlar onun azad edilməsində mühüm rol oynayıb.

Senator Riçard Durbin Mehman Əliyevin təqibində və həbsində təqsirli olan Azərbaycanın dövlət məmurlarına qarşı sanksiyalar tətbiq edilməsi haqqında, habelə bu ölkədə layihələrin xaricdən maliyyələşdirilməsini qadağan edən qanun layihəsi təqdim edib.

"Senator Durbinin qanun layihəsi, habelə digər senatorlar, o cümlədən Marko Rubio, Con Makkeyn və Patrik Lixi tərəfindən təzyiq mənim azad edilməyimdə birbaşa rol oynayıb", deyə Mehman Əliyev bildirib.

"Düzəliş sentyabrın 7-də qəbul edilib. Növbəti gün məhkəmə iclası təyin edilib. Hakimiyyət düzəliş haqqında öyrəndikdə, hakimiyyət nümayəndələri mənə dedilər ki, prezident Əliyev mənim başıma gələnləri yeni öyrənib və narahat olub", deyə M.Əliyev qeyd edib.

Bir çox jurnalistlər həbsdən və ya təqiblərdən qaçmaq üçün xaricə gedib orada işləməyə üstünlük verirlər. Amma Azərbaycan hakimiyyəti onları da susdurmağa çalışır.

Belə ki, 2017-ci ilin mayında Tbilisidə araşdırmaçı jurnalist Əfqan Muxtarlı yoxa çıxıb. O, orada ailəsi ilə birlikdə yaşayırdı. İki gün sonra o, Azərbaycanda ortaya çıxıb və onu sərhədi qanunsuz keçməkdə və qaçaqmalçılıqda ittiham ediblər. Yanvarın 12-də məhkəmə Muxtarlını altı il müddətinə azadlıqdan məhrum edib.

Muxtarlının həyat yoldaşı və həmkarları iddia edirdilər ki, onu Gürcüstan polisi oğurlayıb və Azərbaycana təhvil verib. Jurnalist özü məhkəmədə bunu təsdiq edib.

Xaricdə fərqli düşünənlərin təqibi ilə bağlı daha bir hadisə Azərbaycan hakimiyyətinin sorğusu əsasında 2017-ci ilin oktyabrında Ukraynada saxlanılmış Fikrət Hüseynlinin işidir. Niderland vətəndaşlığı olan Hüseynli Azərbaycana deportasiya edilmək təhlükəsi ilə üz-üzədir. Yerli məhkəmənin qərarına baxmayaraq, onu Ukraynadan buraxmırlar, prokurorluq isə pasportunu qaytarmır.

Hakimiyyət iki ildir ki, Xədicə İsmayılovanı ölkədən buraxmır, skayp vasitəsilə beynəlxalq tədbirlərdə iştirak edərkən onun işığını və internetini kəsərək bloklayırlar. Hətta onu Türkiyədə can verən anası ilə vidalaşmağa getmək üçün buraxmayıblar.

Eyni zamanda, hakimiyyət loyal jurnalistləri ələ almaq üçün onlara mənzillər hədiyyə edir.

Mənzil verilməsi rüşvətə bərabərdir və peşə etikasına ziddir, Mehman Əliyev belə hesab edir. O, əlavə edir ki, hakimiyyət heç bir KİV-in dövlət subsidiyası olmadan ayaqda dura bilmədiyi şərait yaradıb. Reklam hesabına ayaqda duran KİV-lər zamanla ya özləri məhv olur, ya da hakimiyyət onların axırına çıxır.

"Beynəlxalq ictimaiyyət Əliyev rejiminə güclü təzyiq göstərməyi davam etdirməlidir, belə ki, onun 11 apreldən sonra da hakimiyyəti əlində saxlayacağına və beynəlxalq ictimaiyyətin fikrini daha az dinləyəcəyinə şübhə yoxdur", Vaşinqtonda yaşayan Azərbaycanlı jurnalist Ələkbər Raufoğlu belə hesab edir.

Öz növbəsində Azərbaycan hakimiyyəti ölkədə fundamental azadlıqların, o cümlədən seçki, toplaşmaq, söz, fikir, media azadlıqlarının, insan hüquqlarının tam təmin edildiyini bildirir. Rəsmi Bakı beynəlxalq təşkilatların tənqidlərini qəbul etmir, qərəzli sayır. Dövlət rəsmiləri ölkədə insanların qanun qarşısında bərabər olduğunu, baxışlarına görə heç kimin təqib olunmadığını deyir. Bununla yanaşı, hüquq müdafiə təşkilatları ölkədə 160-dan çox siyasi məhbusun olduğunu bildirir. Amnesty İnternational (Beynəlxalq Əfv) təşkilatı Azərbaycanda ondan çox “vicdan məhbusu” nun adını dərc edib.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “Azərbaycan jurnalistin ən çox həbs olunduğu ölkələr sırasındadır” - CPJ

    “Azərbaycan jurnalistin ən çox həbs olunduğu ...

    13-12-2017, 21:28

  • 
  • Xədicə İsmayılın həbsinə beynəlxalq reaksiyalar

    Xədicə İsmayılın həbsinə beynəlxalq reaksiyalar ...

    6-12-2014, 23:47

  • 
  • CPJ jurnalistlərə yeni təhlükələrdən danışır

    CPJ jurnalistlərə yeni təhlükələrdən danışır ...

    21-02-2017, 23:20

  • 
  • Cənubi Koreyanın impiç edilmiş sabiq prezidenti həbsə məhkum edilib

    Cənubi Koreyanın impiç edilmiş sabiq prezidenti ...

    7-04-2018, 06:23

  • 
  • RATİ jurnalistlərə verilən evi “rüşvət” adlandırdı

    RATİ jurnalistlərə verilən evi “rüşvət” adlandırdı ...

    22-07-2013, 23:52


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (483)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu