Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) jurnalistlərə ev verilməsinə qarşı bəyanat verdib.
Bəyanatda deyilir: “Azərbaycan hökuməti Bakıda bəzi jurnalistləri pulsuz mənzillə təmin edir ki, bu da mediaya dövlət nəzarətinin gücləndirilməsi üçün əl atılmış yeni bir taktika təəssüratı yaradır. Hazırda ölkədə ifadə azadlığı ilə əlaqədar olaraq siyasi motivli ittihamlarla həbs olunmuş 7 jurnalist var. Tikinti sahəsindəki sürətli inkişafın fonunda jurnalistlərə pulsuz mənzil verilməsi rüşvətdən başqa bir şey deyil, çünki belə olduğu halda jurnalistlər hakimiyyətə məhəl qoymaya bilməz”.
Sənəddə qeyd edilir ki, Milli Mətbuatın yaranmasının 138-ci ildönümündə RATİ həbs, zorakılıq və hətta ölüm təhlükəsinə baxmayaraq həqiqəti yazmaq üçün gecə-gündüz çalışan Azərbaycan jurnalistləri, bloggerləri və sosial media fəalları ilə həmrəyliyini ifadə edir: “RATİ Azərbaycanda müstəqil medianın davamlı olaraq üzləşdiyi təqib, fiziki və mənəvi təhdid və digər formada təzyiqləri pisləyir. RATİ hökuməti Azərbaycan vətəndaşlarının BMT İnsan Hüquqları Bəyannaməsi-nin 19-cu maddəsi ilə qorunan söz və mətbuat azadlığı daxil olmaqla bütün ayrılmaz hüquqlarını təmin etməyə çağırır”.
Təşkilatdan virtualaz.org saytına verilən məlumatda deyilir ki, son dövrdə hücuma məruz qalan və həbsə alınan jurnalistlərin sayındakı baş verən görünməmiş artım, qanunvericiliyə məhdudlaşdırıcı dəyişikliklərin edilməsi, dolayı senzura müstəqil medianın fəaliyyət sahəsini daha da kiçildib.
“RATİ hesab edir ki, ölkədə ifadə azadlığının durumunun pisləşməsinin səbəbi medianın hökumət tərəfindən davamlı və sərt repressiyaya məruz qalmasıdır. Azərbaycanda media bu gün getdikcə daha çox hücuma məruz qalır və buna görə hakim partiya məsuliyyət daşıyır”.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?