Goranboy rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölən və yaralananların adı məlum olub.
Hadisə zamanı 1981-ci il təvəllüdlü Ulduz Eldar qızı Əmrahova, 1987-ci il təvllüdlü Xalidə Qiyas qızı Dəmirova, 1988-ci il təvəllüdlü Bikəxanım Cəmşid qızı Rüstəmova ağır bədən xəsarətləri alaraq Goranboy Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Hadisə nəticəsində iki nəfər - Cəmilə Əsgər qız Məmmədova xəstəxanaya çatdırıldıqdan sonra, Sahib Məmmədov isə xəstəxanaya aparılarkən yolda ölüb.
***
Goranboy rayonunda ağır yol qəzası baş verib.
“Report”un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Qızılhacılı qəsəbəsində qeydə alınıb.
Belə ki, iki avtomobilin toqquşması nəticəsində 2 nəfər ölüb, 3 nəfər yaralanıb.
Hər üç yaralı Goranboy Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?