Goranboy rayonunda ağır yol qəzası baş verib. “Report”un Qərb bürosunun verdiyi məlumata görə, hadisə Bakı-Ələt-Qazax-Gürcüstanla dövlət sərhədi avtomobil yolunun Goranboy rayonunun Borsunlu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, Bakı şəhərindən Qazax rayonuna hərəkət edən “Daewoo” markalı sərnişin avtobusu ilə “VAZ-2107″ markalı minik avtomobili toqquşub. Nəticədə minik avtomobilində olan bir nəfər ölüb, bir nəfər isə yaralanıb. Yaralı, Goranboy rayonu Şıxlar kəndinin sakini, 1969-cu il təvəllüdlü Hamil Həsənov Goranboy Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ölənin şəxsiyyəti dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?