GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Müəllimlər İnsititutunun vəzifəli şəxsləri barədə şok qərar

Müəllimlər İnsititutunun vəzifəli şəxsləri barədə şok qərar

Tarix: 10-04-2018, 16:48 Bölmə :Cəmiyyət Baxış: 847
Müəllimlər İnsititutunun vəzifəli şəxsləri barədə şok qərar


Məhkəmə onlara şərti cəza təyin etdi, prokurorluq narazı qaldı

Azərbaycan Müəllimlər İnstitutunun Quba filialında direktor vəzifəsində işləmiş Məhəmməd Əliyev, direktor müavini Nurbala Süleymanov, əlavə təhsil üzrə direktor müavini Əmirağa Şixməmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

İttihama görə, Məhəmməd Əliyev 2001-ci ilin avqustundan direktoru olduğu institutun filialına qəbulla əlaqədar olaraq müraciət edən Quba rayonu, Bağbanlı kənd sakini Nuru Əliyarovun gəlini Mirvari Əliyarovanın institut filialının qiyabi təhsilə qanunsuz qəbul olunmasına, yəni dərslərdə və sessiyalarda iştirak etmədən imtahanlarda müvəffəq qiymət yazılmasına görə ilkin olaraq 1000 manat, beş illik təhsil müddəti üçün isə hər il üçün təhsil haqqı kimi 240 manat alıb.

Direktordan diplom tələbi

Təhsil müddəti bitdikdən sonra Mirvari Əliyarova təhsil müəssisəsini bitirməsinə dair diplomun verilməsini Məhəmməd Əliyevdən tələb edib. O, direktoru olduğu institutda yer olmadığı üçün onun, yəni Əliyarovanın başqa ali təhsil müəssisəsinə köçürüldüyünü bildirib.

Bununla da o, qanunsuz hazırlanmış, guya Müəllimlər İnstitutunun Qazax filialında təhsil almaqla oranı riyaziyyat-informatika ixtisası üzrə tam kursu 2004-cü ildə bitirməsi barədə saxta diplomu 2006-cı ildə Əliyarovaya təqdim edib.

İxtisasdəyişmə kursu adı ilə dələduzluq

Bundan başqa, Məhəmməd Əliyev və Nurbala Süleymanov 2003-cü ildə institutda yenidən hazırlanma və ixtisasartırma (ixtisasdəyişmə) kursları fəaliyyət göstərmədiyi halda, həmin ilin sentyabrında onlara müraciət etmiş Siyəzən rayonu, Gilgilçay qəsəbə orta məktəbinin müəllimi Vüqar Məcidovdan kurslara qəbul olunması, lakin təhsil müddətində dərslərdə və sessiyalarda iştirak etmədiyi halda ona müvafiq qiymətlər yazılması barədə razılığa gəliblər.

Onlar bunun üçün Vüqar Məcidovdan 260 manat alıblar. Təhsil müddəti başa çatdıqdan sonra isə Məcidova guya Azərbaycan Dövlət Pedaqoji Universitetini riyaziyyat-informatika ixtisası üzrə bitirməsi barədə yalan məlumat olan 25 avqust 2004-cü il tarixli diplom təqdim ediblər.

800 manatlıq dələduzluq

Daha sonra Məhəmməd Əliyev, Nurbala Süleymanov, habelə Əmirağa Şıxəmmədov işlədikləri filialda yenidən hazırlanma və ixtisasdəyişmə kursu fəaliyyət göstərmədiyi halda, 2005-ci ilin yayında yenidən hazırlanma və ixtisasdəyişmə kursuna qəbul olunmaq üçün müraciət etmiş Qusar şəhər sakini Alidə Bəkirovadan etibardan sui-istifadə etmə və aldatma yolu ilə 800 manat alıblar.

Faktiki olaraq hər hansı təhsil müəssisəsində təhsil almayan Alidə Bəkirovaya isə təhsil müddəti başa satdıqdan sonra guya özlərində müvafiq kurs açılmaması səbəbindən onun başqa instituta köçürüldüyünü bildirib, ona 2005-ci ilin iyun ayında guya Azərbaycan Müəllimlər İnstitutu Qazax filialının riyaziyyat-informatika ixtisası üzrə bitirməsi barədə saxta diplom verilib.

İki filial rəhbərinin birgə saxtakarlığı

İstintaq sənədlərinə görə, Məhəmməd Əliyev, Nurbala Süleymanov, həmçinin Əmirağa Şıxməmmədov qulluq mövqelərindən dəfələrlə təkrar sui-istifadə ediblər. Onlar Müəllimlər İnstitutu Quba filialında yenidən hazırlanma və ixtisas dəyişmə kursları fəaliyyət göstərmədiyi halda 2005-ci ilin yay aylarında məhz həmin kurslara qəbul olunması üçün müraciət edən Siyəzən şəhər sakini Zavər Səmədovdan aldatma və etibardan sui-istifadə etmə yolu ilə 500 manat pulunu ələ keçiriblər.

Zavər Səmədov dərs və sessiyalarda iştirak etmədiyi halda təhsil müddəti başa çatdıqdan sonra ona guya Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialını 2005-ci ildə təhsil pedaqogikası və metodikası ixtisası üzrə bitirməsi barədə həmin ilin iyun ayında saxta diplom təqdim ediblər.

Bundan başqa, Məhəmməd Əliyev və Nurbala Süleymanov təkrarən cinayət əlaqəsinə girərək, işlədikləri təhsil müəssisəsində yenidən hazırlanma və ixtisasartırma kursları fəaliyyət göstərmədiyi dövrdə, yəni 2005-ci ilin iyulunda onlara məhz həmin kurslara qəbul olunmaq barədə müraciət edən Siyəzən rayonu, Gigilçay qəsəbə sakini Səmayə Məmmədovadan 550 manat alıblar.

Saxta diplomlu müəllimlər

Təhsil müddəti başa çatdıqdan sonra özlərinin işlədiyi filialda müvafiq kursların açılmaması adı ilə onun sənədlərinin İnstitutun Qazax filialına köçürüldüyünü Səmayə Məmmədovaya bildiriblər.

Səmayə Məmmədovanın guya Qazax filialında oxuması və kursu biologiya müəllimi ixtisası üzrə bitirməsi barədə ona saxta diplom təqdim edilib.

Bundan başqa, Məhəmməd Əliyev və Nurbala Süleymanov 2007-ci ilin əvvəllərində İnstituta qəbul olunmaq üçün onlara müraciət etmiş Quba rayonu, Susay kənd sakini Polad Piroğlanovdan yenidən hazırlanma və ixtisasdəyişmə kursuna (belə kurs fəaliyyət göstərmədiyi halda) qəbul olunmasına, dərslərdə və sessiyalarda iştirak etməməsinə baxmayaraq, müvəffəq qiymətlər yazılmasına və müvafiq sənəd verilməsinə görə ondan dələduzluq yolu ilə 2000 ABŞ dolları alıblar.

Təhsil müddəti başa çatan zaman İnstitutun Quba filialında kursların açılmadığını bildirirək, 2007-ci ilin axırlarında Polad Piroğlanovun guya Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialında təhsil alması və orada 2007-ci ildə riyaziyyat-informatika ixtisası üzrə tam kursu bitirməsi barədə ona saxta diplom veriblər.

Daha sonra Məhəmməd Əliyev və Nurbala Süleymanov həmin ilin əvvəllərində instituta qəbul olunması üçün müraciət etmiş Quba rayonu, Əliməmmədov kənd sakini Elşən Feyzullayevdən İnstitutun filialında yenidən hazırlanma və ixtisasdəyişmə kursuna qanunsuz qəbul olunmasına 2000 ABŞ dolları alıblar.

Təqsirləndirilən şəxslər təhsil müddəti başa çatan zaman filialda ixtisasdəyişmə kurslarının açılmadığını əsas gətiriblər. Onlar Elşən Feyzullayevə onun guya Azərbaycan Muəllimlər İnstitutu Qazax filialında təhsil alması və oranı riyaziyyat-informatika müəllimi ixtisası üzrə itirməsi barədə 2007-ci ilin axırlarında saxta diplom veriblər.

Bundan əlavə, Məhəmməd Əliyev və Nurbala Süleymanov 2008-ci ilin avqustunda onlara müraciət edən Siyəzən şəhər sakini İlqar Məmmədovdan onun qohumu Bəkir Hüseynovun təhsil müəssisəsinin tələbələri sırasına qanunsuz qəbul olunması, orada oxumadığı halda təhsil müəssisəsini bitirməsi barədə sənəd verilməsi üçün 2500 manat alıblar.

İstintaq orqanın gəldiyi nəticə: Rüşvət alma...

Bəkir Hüseynov hər hansı təhsil müəssisəsində faktiki olaraq oxumadığı halda onun guya sonradan Göyçay Dövlət İdarəetmə və Texnologiya kollecinə, oradan isə Ağdam Dövlət Sosial İqtisad Kollecinə keçirilməsini əsas gətirilib.

Məhkumlar tərəfindən ona 2008-ci ilin sentyabrında guya Göyçay Kolleci Tərtər rayon filialının və Ağdam Kolleci yol-patrul fakultəsinin tələbəsi olması barədə ona 4 oktyabr 2007-ci və 15 sentyabr 2010-cu il tarixli saxta tələbə biletləri veriblər.

İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 311.3.2-ci (təkrar rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib.

Məhkəmənin nəticəsi: Dələduzluq...

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxslərin ittiham olunduqları Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2 və 313-cü maddələri həmin məcəllənin 178.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən dələduzluq törətmək), 178.2.2-ci (təkrar dələduzluq törətmək), 178.2.3-cü (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə dələduzluq törətmək), 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) və 313-cü (vəzifə saxtakarlığı) maddələrinə tövsüf edilib.

Məhkəmənin hökmü ilə Məhəmməd Əliyev və Nurbala Süleymanovun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib. Hər iki təqsirləndirilən şəxsin barəsində 2 il sınaq müddəti təyin olunmaqla şərti cəza təyin edilib.

Həmçinin Məhəmməd Əliyev və Nurbala Süleymanovun ittiham olunduğu Cinayət Məcəlləsinin 313-cü, Əmirağa Şıxməmmədovun ittiham olunduğu Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3 və 313-cü maddələri ilə təqsirli biliniblər. Həmin maddələrlə nəzərdə tutulan əmələ görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən onlara həmin maddələr üzrə cəza təyin edilməyib.

Qarşılıqlı şikayətlər

Hökmdən narazı qalan prokuror Ramin Nağdəliyev apelyasiya protesti verib. O, təqsirləndirilən şəxslərin barəsində olan hökmün ləğv edilməsini, onların cəzalarının ağırlaşdırılmasını istəyib.

Həmçinin təqsirləndirilən şəxslər də hökmdən narazı qalıblar. Onlar günahsız olduqlarını, barələrində bəraət hökmünün çıxarılmasını istəyiblər.

Bir müddət əvvəl Sumqayıt Apelyasiya Məhkəməsində işə baxan hakim heyəti apelyasiya şikayəti və protestinə əsasən hökmü dəyişdirib. Qərara görə, təqsirləndirilən şəxslərin əməlləri Cinayət Məcəlləsinin 32.5, 320.1-ci (iştirakçılıq, Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) maddələrinə tövsüf edilib. Həmin maddə ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən onlara cəza təyin edilməyib.

Bu qərardan narazı qalan prokuror kasasiya protesti verib. Kasasiya protestinə Ali Məhkəmədə hakim Əli Seyfəliyevin sədrlik etdiyi kollegiyada baxılıb. Hakim kollegiyasi prokurorun protestini təmin edib. Sumqayıt Apelyasiya Məhkəməsinin qərarı ləğv edilib, işin yenidən apelyasiya instansiyasında araşdırılması barədə qərar qəbul edilib.

Hökm dəyişdirildi

Bu dəfə şikayətlərə hakim Mübariz Zeynalovun sədrlik etdiyi kollegiyada baxılıb. Bir ilə yaxın davam edən məhkəmə araşdırıması bu günlərdə başa çatıb.

Hakim heyətinin sonda qəbul etdiyi qərara görə, Məhəmməd Əliyev və Nurbala Süleymanova aid hissədə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib.

Onların Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinmələrinə dair müddəalar hökmdən xaric edilib.

Təqsirləndirilən şəxslərin ittiham olunduqaları Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3-cü maddələrində nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinmələrinə dair hissələrdə cəza təyin edilməyib. Buna səbəb həmin maddələr üzrə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməsi əsas gətirilib.Hökm qalan hissədə dəyişdirilmədən saxlanılıb.

Prokuror yenədə narazıdır

Sumqayıt Apelyasiya Məhkəməsinin sonuncu qərarından da prokuror narazı qalıb. Prokuror bununla bağlı kasasiya protesti verib. O, şikayətində Sumqayıt Apelyasiya Məhkəməsinin qərarının ləğv edilməsini, hər üç təqsirləndirilən şəxsin cəzasının ağırlaşdırılması üçün işin yenidən apelyasiya instansiyasına qaytarılması barədə qərar qəbul edilməsini istəyib.

Prokurorun şikayəti araşdırılması üçün Ali Məhkəməyə göndərilib. Şikayət hakim Gülzar Rzayevanın icraatına verilib.

Yaxın günlərdə prokurorun protestinə baxılması üçün tarix bəlli olacaq.

Aslan
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 80
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Vəzifəli təhsil işçilərinə cinayət işi açdı

    Vəzifəli təhsil işçilərinə cinayət işi açdı ...

    19-12-2013, 09:36

  • 
  • Azərbaycan Müəllimlər İnstitutunun Zaqatala filialında “yeni qaydalar”

    Azərbaycan Müəllimlər İnstitutunun Zaqatala ...

    1-05-2014, 10:13

  • 
  • Müəllimlər İnstitutunun 4 filialı bağlanır - Nazirlik

    Müəllimlər İnstitutunun 4 filialı bağlanır - ...

    25-02-2014, 17:16

  • 
  • 14 institut direktorunun səlahiyyət müddəti bitdi

    14 institut direktorunun səlahiyyət müddəti bitdi ...

    11-12-2013, 18:39

  • 
  • Azərbaycanda bir neçə vəzifəli şəxs həbs olundu — Korrupsiyaya görə

    Azərbaycanda bir neçə vəzifəli şəxs həbs olundu — ...

    15-09-2017, 10:54


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (483)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
casinos online
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu