Azərbaycan Müəllimlər İnstitutunun Zaqatala filialında yeni rüşvət qaydaları müəyyənləşib. Yeni rüşvət qaydalarını filialda özünə yaxın bir neçə şəxsin əli ilə həyata keçirən Orucəli Rzayev hesab edir ki, özü bu prosesdən kənarda qalmaqla yeni rüşvət qaydalarına dair səslənən fikirlərə aid edilməyə bilər. Redaksiyamıza daxil olan məlumatlara əsasən, Orucəli Rzayev qış sessiya imtahanlarında yaxşıca rüşvət toplaya bilib. Məsələn, onun müəyyənləşdirdiyi məzənnəyə görə hər bir tələbə tarix, ədəbiyyat fənnindən imtahana 180 manat, riyaziyyat fənnindən imtahana 200 manat, digər fənn imtahanlarına 150-200 manat aralığında rüşvət verib. Və bu proses yay sessiya imtahanları üçün də davam etdirilməlidir. İyun ayının 1-dən yığım kompaniyasına başlanılmalıdır. Digər tərəfdən, Orucəli Rzayev filialda çalışan işçilərin məvacibindən hər ay özü üçün 100 manat ala bilir. Filialda 60 işçinin çalışdığını nəzərə alsaq, Orucəli Rzayev hər ay 6 min manat, ildə isə 72 min manat tabeçiliyində olan işçilərdən rüşvət toplayır. Azərbaycan Müəllimlər İnstitutunun Mingəçevir filialında direktor işləyən vaxtda da filialda baş verən biabırçılıqlara görə işdən qovulan Orucəli Rzayev sonradan Zaqatala filialına direktor göndərildi. Onu o zaman Təhsil Nazirliyindən İlyar Vahabov, Azərbaycan Müəllimlər İnstitutundan isə Aqiyə Naxçıvanlının müdafiə etdiyinə dair fikirlərə mətbuat toxunmuşdur. R.Əlicanlı
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?