Daha bir tikinti şirkətinin cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılacaq.
Hakim Əfqan Hacıyevin sədrliyi ilə "Xudafərin" MTK-nın vəzifəli şəxslərinin məhkəmə prosesi başlayıb. Təqsirləndirilən şəxlslərin anket məlumatları dəqiqləşdirilib və baxışa təyin edilib. Belə ki, ötən il Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən MTK-nın vəzifəli şəxsləri – Anar Telman oğlu Məmmədov, Ramiz Mirzə oğlu Quluzadə, Nicat Qadir oğlu Məmmədov, Cavid Sadıx oğlu Qurbanov və Türkiyə vətəndaşı olan Gül Emin Yılmaza qarşı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq; külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlayıb və yekunlaşdırılaraq məhkəməyə göndərilib. Xatırladaq ki, bu ilin fevral ayında Prezident Administrasiyasının şöbə müdiri tikinti sektorunda baş vermiş korrupsiya hüquqpozmaları ilə bağlı Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən məhz vətəndaş müraciətləri əsasında 13 cinayət işinin istintaqı tamamlanaraq məhkəmələrə göndərilməsi barədə məlumat verib. Həmin cinayət işlərində 300-dək şəxs zərərçəkmiş qismində tanınıb. "Xudafərin" MTK-nın adıda həmin MTK-ların arasında olub.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?