GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Xanım deputat anasını dəlixanaya saldırırsa, bu necə Milli Məclisdir? - Qalmaqal

Xanım deputat anasını dəlixanaya saldırırsa, bu necə Milli Məclisdir? - Qalmaqal

Tarix: 16-04-2018, 21:45 Bölmə :Cəmiyyət Baxış: 368
Xanım deputat anasını dəlixanaya saldırırsa, bu necə Milli Məclisdir? - Qalmaqal


Milli Məclisin üzvləri özlərini və Azərbaycanı biabır etməyə sanki söz veriblər. Onların çıxışları, hərəkətləri millət vəkilliyindən o qədər uzaqdadır ki...

Kimisi soğan əkməyə, kimisi sosial şəbəkəni bağlamağa çağırır, kimisi xalqa “otxod” söyləyir, kimisinin adı tikinti fırıldağında keçir. Və bu azmış, biri də anasını küçəyə atır.

Ötən gün xəbər manşetlərini və sosial şəbəkələri Şəmkirin deputatı Sona Əliyevanın anasına qarşı vəfasız addımı “zəbt etdi”.

Millət vəkili olasan, övlad olasan, xalqın dərdinə yarımaq statusu daşıyasan, amma öz doğma valideyninə laqeydlik edəsən. Söz tapmaq olmur. Sadəcə, sual edirsən ki. bu Milli Məclis hansı meyarlar əsasında formalaşır???

Belə ki, Şəmkir kənd seçki dairəsindən deputat olan Sona Əliyevanın anası Bəsirə Əliyevanın gözü yaşlı qalıb. Yaşlı qadını ağlar qoyan isə özgəsi deyil, elə özünün qızı, deputat Sona Əliyevadır.

Bu ilin fevralında mətbuatda deputatın ailəsində baş verən əmlak davası haqda materiallar dərc olunub.

Həmin materialların dərcindən sonra deputat Sona Əliyeva anasına, qardaşlarına qarşı atdığı qanunsuz addımlardan geri çəkilib, yaxınları sakitləşdirə, mətbuatdan gen gəzmələrinə nail ola bilmişdi.

Bunun müqabilində atası Sakit Əliyevin ölümündən 2 gün əvvəl anasından aldatma yolu ilə alınan etibarnamənin məhkəmə qaydasında ləğv edilməsinə mane olmayıb.

İndi isə tamamilə əks proses gedir. Deputat yenidən anasına və qardaşlarına qarşı hərəkətə keçib, ailənin yeganə gəlir mənbəyi olan atasından qalma biznesi iflic duruma salıb, əvvəlki iddialarını irəli sürüb.

Bu haqda “Yeni Müsavat”a açıqlama verən deputatın anası Bəsirə Əliyeva deyib ki, aylardır şirkətlərinin hesabına köçürülən pulları ala bilmirlər:

“Qızım deputat mandatından, əlaqələrindən istifadə edərək bizim işimizi iflic duruma salıb. Hara gediriksə, kimə müraciət ediriksə, deyirlər ki, Sona deməsə, icazə verməsə biz heç bir sənəd işini görən deyilik. Dərdimizi kimə deyək, bilmirik”.

S.Əliyeva xalqın gözündən düşən addımlar atıb. Bir xanım, bir deputat, bir övlad kimi qınağa tuş gəlib.

Və mərhum Astan Şahverdiyev də sağlığında xalqın gözündən özünü saldı. Niyə deputatlar belə edirlər? Niyə xalqa, ətrafına, prezidentə, dövlətə ziyanlı fəaliyyətlə məşğuldurlar?

Biznesə, pula görədirsə, bu dünyadan heçnə aparmaq olmur. Sadəcə, rahatlığını təmin edərkən ətrafındakıları incitmək lazım deyil. Axı bu parlamentin yaxşı millət vəkilləri də var. Niyə onlara oxşamırlar?

Ananın sözlərinə görə, qızı onu dəlixanaya saldıracağı ilə hədələyir: “Qardaşlarını da işdən çıxartdırmaqla, həbslə hədələyir. İstəyi odur ki, yoldaşımdan qalan əmlaka dair paylarımızdan onun xeyrinə imtina edək.

Məni həyat yoldaşımın sağlıq durumu ağır olan gün - 2017-ci il dekabrın 12-də Şəmkirdəki evimizdən aldadıb Gəncədəki ASAN xidmət mərkəzinə apardı.

Dedi ki, onsuz da atam öləcək, əmlakını adına keçirirəm. Mən də 10 sinif bitirmiş qadınam, nə bilim ki, yoldaşım dünyasını dəyişəndən sonra onun adına olan əmlak avtomatik adıma keçəcəkdi. Bilməzliyimdən istifadə etdi, mənim də, həyat yoldaşımın da payını öz adına keçirdi”.

Ancaq deputat cinayət başında yaxalanarsa haqqında həbs olunma qərarı verilə bilir. Daha öncə də Azərbaycan parlamentində deputatlıq səlahiyyəti, toxunulmazlıq hüququ qaldırılaraq həbs edilən deputatlar olub.

Həmin şəxslərin adları cəmiyyətə də məlumdur. Lakin hansısa mülki mübahisə ancaq məhkəmə qaydasında həllini tapa bilər. Fərqi yoxdur ki, bu mülki mübahisəni kim qaldırıb.

Heç kim buna görə birbaşa cinayət məsuliyyətinə cəlb oluna bilməz. Lakin burada istisna hallar da var. Cinayət Məcəlləsinin 178-ci maddəsi dələduzluq hallarına aiddir.

Şəxsin etibarındandan sui-istifadə etmə və ya aldatma yolu ilə onun əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə halında dələduzluq maddəsi ilə cinayət işi başlana bilir. Ancaq bunun da sübut olunan tərəfləri var.

Əgər bütün bu məsələlər baş verərsə və deputatın da prosesdə əli olduğu ehtimal olunarsa, Baş prokurorluq vasitəsilə Milli Məclisə onun toxunulmazlığının qaldırılması ilə bağlı təqdimat gəlməlidir.

Daha sonra isə onun haqqında cinayət işi açıla bilər. Yəni belə baxanda hər hansı ailə və ya mülki münaqişə zəminində deputatın toxunulmazlığının ortadan qaldırılmır./fia.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Xanım deputat anasını dəlixanaya saldırmaq istəyir - Biabırçı əmlak davası

    Xanım deputat anasını dəlixanaya saldırmaq ...

    16-04-2018, 12:52

  • 
  • “Qızım məni dəlixana ilə hədələyir” - Deputat anası

    “Qızım məni dəlixana ilə hədələyir” - Deputat ...

    16-04-2018, 18:56

  • 
  • Milli Məclis Mehriban Əliyevanın müraciəti ilə amnistiya aktı qəbul edib

    Milli Məclis Mehriban Əliyevanın müraciəti ilə ...

    20-05-2016, 21:58

  • 
  • Kürdəmirin yeni deputatı qalmaqalda: madatı ləğv oluna bilər

    Kürdəmirin yeni deputatı qalmaqalda: madatı ləğv ...

    6-11-2015, 00:56

  • 
  • Xanım deputatdan "juçok" çıxıb? - İDDİA

    Xanım deputatdan "juçok" çıxıb? - İDDİA ...

    31-08-2015, 19:18


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (399)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu