“Qızım deputat mandatından, əlaqələrindən istifadə edərək bizim işimizi iflic duruma salıb. Hara gediriksə, kimə müraciət ediriksə, deyirlər ki, Sona deməsə, icazə verməsə biz heç bir sənəd işini görən deyilik. Dərdimizi kimə deyək, bilmirik”.
Bunu deputat Sona Əliyevanın anası Bəsirə Əliyeva “Yeni Müsavat”a deyib. Deputat qızından şıkayətçi olan qadın övladının onu aldatdığını, ərindən qalan bütün əmlakı öz adına keçirdiyini deyir. Ananın sözlərinə görə, qızı onu dəlixanaya saldıracağı ilə də hədələyir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?