Səlim Müslümovun “elektron korrupsiyası” iddialı və populist nazirin portfelinin itirməsi ilə nəticələndi
ƏƏSMN rəhbərinə yenidən etimad göstəriləməməsinin səbəbi bəlli olub. Ölkə prezidentinin sosial yardım sahəsində şəffaflığın təmin edilməsi üçün ortaya qoyduğu səylərini məhz nazir özü puça çıxarıb və ƏƏSMN-in ASAN sistem kimi şəffaf çalışması bu üzdən mümkün olmayıb.
Bilindiyi ki, dövlət başçısının sərəncamı ilə ölkədə bir çox sahələrdə, o cümlədən əhalinin sosial təminatı sektorunda şəffaflığı təmin etmək və rüşvətin aradan qaldırılması istimqamətində ciddi islahatlara start verilmişdi. Həmin islahatlardan biri də ünvanlı sosial yardımların verilməsi prosesinin şəfafalaşdırılması və ədalətin təmin edilməsindən ötrü bu məsələ ilə bağlı bütün prosedurların elektronlaşdırılması idi.
Bu layihənin reallaşdırılması üçün Avropa qurumları ilə birgə layihələr işlənmiş ünvanlı sosial yardımların verilməsi prsoesinin digital variantının işlənməsinə külli miqdarda dövlət vəsaiti xərclənmiş, proqram yazılmışdı. Bu proqramı öyrətmək üçün Nazirliyin bütün rayon şöbələrindən olan əməkdaşlara həmin proqramla iş qaydsaı öyrədilmişdi. Yeni prqoramın tətbiqi ünvanlı sosial yardımların təyin olunması sahəsində rüşvətin aradan qaldırırılmasına xidmət etməli idi.
Bildiyimiz kimi, rayonlarda ünvanlı sosial yardım adətən veriləcək yardımın altı ayınının mənimsənilməsi şərtilə verilirdi. Yəni yardım təyin edilən şəxsdən kartı alınırdı ki, ilk altı ayı ƏƏSMN-in rayon şöbəsinin rəisləıri əvvəlcədən mənimsəyirdi. Yeni proqramın tətbiqindən sonra açıq rüşvət almaqdan əlləri çıxdığı güman edilən rəislər bunun da yolunu tapdılar. Nazirlikdən verilən məlumata görə, əslində bu “yeniliyi”-yeni korrupsiya qaydaları nazirliyin mərkəzi aparatının dəstəyi ilə həyata keçirilirmiş. Belə ki, nazirliyin rayon şöbələrinin müvafiq əməkdaşları elektron məlumat bazalarına yardım vermək istədikləri şəxslərin maddi durumu barədə məlumatları yanlış daxil edərək onlara sosial yardım təyin edilməsinə nail olurlarnış.
Təbii ki, bunlar müəyyən rüşvət müqabilində edilirdi. Alınan rüşvətin böyük bir hissəsi isə Nazirliyə verilirimiş. Prosesin başında şəxsən Səlim Müslimovun özü və aparatın rəhbəri Əjdər Ol dayanırmış. Mənbə PİA.AZ-a bildirib ki, prezidentin yeni layihəsinə qeyri-qanuni müdaxilənin, yeni fırıldağın xaç atası məhz Əjdər Ol və Səlim Müslümov özü olub. Yəni faktiki olaraq ölkə prezidentinin sosial yardım sahəsində şəffaflığın təmin edilməsi üçün ortaya qoyduğu səylərini məhz nazir özü puça çıxarıb və ƏƏSMN-in ASAN sistem kimi şəffaf çalışması bu üzdən mümkün olmayıb.
Regionlarda isə bu “elektron korrupsiyanın” ən böyük iş icraçısı Ağsu, Şamaxı, Şirvan, Hacıqabul, Salyan, Gəncə və Gədəbəy rayonları şöbələrinin rəisləri imiş. Ən böyük çirkli pullar bu rayonlardan daxil olurmuş. Adı çəkilən rayonlarda təkcə ünvanlı sosial yardımların verilməsində deyil, həm də əllillik dərəcələrinin satılmasında ciddi qanun pozuntularının olması bildirilir.
Oxucularımız xatırlayırsa, beş il əvvəl Səlim Müslümov Əmək və Əhalinin Sosial Müdafiəsi naziri vəzifəsinə təyinat alarkən populist çıxışları və hərəkətləri ilə diqqət çəkirdi. Müslümov ƏƏSMN-də rüşvətin kökünü kəsəcəyini yüksək səslə bəyan edirdi. Amma qısa müddət sonra ƏƏSMN-in işçiləri rüşvətin miqdarını daha da artırdılar. Hətta yeni elektron üsul tətbiq edildikdən sonra da rüşvət yuxarıda qeyd etdiyimiz yolla daha da çiçəkləndi və çox qəribədir ki, Səlim Müslümov bu çiçəklənmənin qarşısını almaq üçün heç bir addım atmadı. Əksinə Səlim Müslümov və Əjdər Ol nazirlikdə tüğyan edən rüşvətxorluq və korrupsiyadan yazan mətbuatın susdurulması üçün hər şeyi elədilər. Müxtəlif yollarla, müxtəlif təzyiqlərlə, o cümlədən məhkəmələr yolu ilə (təbii ki, hakimləri ələ alınırdı), mətbuatı susdurmağa çalışırdı. Və bununla da Səlim Müslümov əslində rəhbərlik etdiyi qurumda tabeçiliyində olan məsul şəxslərin rüşvətxorluq və korrupsiyasını genişlənirdi. Baş verən rüşvətxorluq faktlarına Nazirliyin rəhbərliyi sadəcə fikir vermirdi. Nəticədə isə dövlətin sosial yardıma ehtiyacı olan insanlara ayırdığı milyonlarla manat vəsait Səlim Müslümovun və tabeçiliyində olan məsul şəxslərin cibinə axdı.
Yəqin yeni rəhbərlik köhnə komandadan olan “yadımsevərlər"lə bağlı araşdırma aparacaq. Səlim Müslümovun korrupsiyası barədə isə açıq faktları növbəti yazımızda təqdim edəcəyik./pia.az
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?