Bir neçə gün əvvəl vəzifəsindən azad edilən əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun rəsmi tərcümeyi-halında həbsxana həyatı ilə bağlı məlumat yoxdur.
Ancaq 90-cı illərdə Kapital Bankın Səbail filialından 26 milyon dolların bir gecədə yoxa çıxması məsələsi çoxlarına məlumdur. Təsəvvür edirsiniz həmin dövrdə 26 milyon dollar Azərbaycan dövləti üçün az qala astronomik məbləğ idi. 26 milyon dollar hazırki dövrün ekvivalenti ilə az qala 100 milyonlarla dollara bərabər idi.
Bu məsələyə görə, həmin vaxt Səbail filialının müdiri Bəşər Hacıyev və Maliyyə Nazirliyinin məsul şəxsi Səlim Müslümov həbs olunublar.
Bəşər Hacıyev uzun müddət həbsxana həyatı yaşasa da, Səlim Müslümov bir neçə aydan sonra azadlığa çıxa bilib.
Ancaq 26 milyon dolların yoxa çıxmasına aydınlıq gətirilməyib.
Bizim bunu yazmaqda hansısa bir məqsədimiz yoxdur. Sadəcə, yaxın tariximizdə baş verənləri cidd-cəhdlə gizlətməyə ehtiyac yoxdur. Həm də heç kim həbsdən sığortalanmayıb./nuh.az
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?