Bu yaxınlarda Kənd Təsərrüfatı naziri vəzifəsindən azad edilmiş Heydər Əsədovun Londonda atasının hesabına dəbdəbəli həyat yaşayan oğlu ilə Unikal. org saytı ayerial dərc edib.
Eks nazirin oğlu Asif Əsədzadə atasının Azərbaycan dövlətindən yayındırdığı pullar hesabına Londonda çoxlu mülklərə, ərəb şeyxlərinin sürə biləcəyi ən bahalı avtomobillərə sahibdir. Hətta xarici KİV-lər Əsədovun oğlunun ərəb şeyxlərilə rəqabətə girdiyini də dilə gətirirlər.Ötən il xarici mətbuatın gündəmini zəbt edən Asif Əsədzadə Azərbaycana məxsus dövlət nömrə nişanlı bahalı avtomobili ilə Böyük Britaniyanın paytaxtında hərəkət edən maşınının videogörüntüləri artıq internetdə geniş yayılıb.
Görüntülərdən görmək mümkün olur ki, 90 HO 505 dövlət nömrə nişanlı “Porsche”nin dayandığı küçədə kifayət qədər bahalı olan maşınlar da var. Onu da qeyd edək ki, ümumilikdə isə London hər zaman dünya, eləcə də azərbaycanlı milyonerlər üçün sevimli məkan olub.
Sorğu
Yeni dizaynımız necədir?