Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Lənkəran şöbəsinin fəalı Əflatun Səfərov mayın 19-da İnzibati Xətalar Məcəlləsinin 535.1 maddəsi ilə (Polisin qanunu tələbinə tabe olmamaq) təqsirli bilinərək Lənkəran Rayon Məhkəməsinin qərarı ilə bir ay müddətinə inzibati qaydada həbs edilib.
Bu barədə AXCP-nin məlumatında deyilir.
Əflatun Səfərov mayın 18-də Lənkəran Polis Şöbəsi tərəfindən saxlanılıb.
AXCP Lənkəran Şöbəsi bildirir ki, həbsin əsl səbəbi onun sosial şəbəkələrdəki fəaliyyətidir.
Rəsmi qurumlar Səfərovun həbsi ilə bağlı hələ məlumat yaymayı
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?