“Belə Bakı olar? Bu nə gündə Qız qalasıdır? Yaxşı təsvir verə bilmirlər? Qız qalası belə deyil axı…”
Oxuculardan biri Şahin Ağamirov AzEuroNews.com-a bu sətirləri yazaraq “EUROPEAN TOBACCO Baku” fabrikinin istehsal etdiyi “Bakı” siqaretinin qutusu üzərindəki Qız qalasının təsvirindən narazılıq edir.
Onun sözlərinə görə, bu tütün məhsulu uzun illərdir istehsal olunur və paytaxt siqareti kimi brendə çevrilib:
“Ancaq gəl ki, urvatsız formada buraxırlar. Mən özüm bakılıyam. Bizim şəhərin Qız qalası belə gündə deyil axı?! Qəşəng bir görüntü versinlər.
Biabırçı gündə şəkil qoyublar, üstündən də sarı qurşaq keçir, heç bir simvolik mənası yoxdur. Şirkət bununla hörmətsizlik edir”.
“EUROPEAN TOBACCO Baku”nun rəhbəri deputat Rüfət Quliyevdir.
Bakı Tütün Kombinatının nəzdində yaradılan və 2000-ci ildən siqaret istehsalına başlayan “ASC ən böyük siqaret inhisarçısıdır.
R.Quliyevin öz etirafına görə, bazarın 25-27 faizini onlar təmin edirlər. Lakin ticarət sektorundakı mənbələrin dediyinə görə, bu rəqəm minimum 50 faizin üstündədir.
R.Quliyev fövqəladə hallar naziri Kamaləddin Heydərovun tütün məmulatları biznesinə nəzarət edir.
17 ildir Azərbaycanda siqaret istehsal etməklə yüz milyonlarla dollar gəlir əldə edən inhisarçı şirkətin niyə indiyədək yerli xammal bazası yaratmağın qalmadığı sualı açıq qalır.
Məhz bu səbədən təkcə 2015-ci il ərzində ölkəyə tütün xammalı və hazır tütün məmulatlarının idxalına 297 milyon 850 min ABŞ dolları məbləğində valyuta sərf olunub.
Xammal əsasən Tanzaniya, Bolqarıstan, Braziliya, Gürcüstan, Hindistan, Xorvatiya, İspaniya, İtaliya, Livan və Macarıstandan daşınıb.
Dolların qiyməti artdıqdan sonra siqaret istehsalında xammal tütün kimi başqa məhsullardan da (məsələn, yosundan) istifadə edildiyinə dair iddialar da var.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?