Azərbaycanda tütün məmulatlarının qiymətinin artması dünya bazarlarında xammalın qiymətinin bahalaşması ilə əlaqədardır. Bunu bu gün “Trend”-ə "European Tobacco Baku"nun meneceri Anar Hətəmov deyib.
A.Hətəmovun sözlərinə görə, xammalın dəyəri artıb və bu da siqaretin pərakəndə satış qiymətinə təsir edib: "Bununla belə, Azərbaycanda bir siqaret qutusunun orta hesabla qiyməti hələ də dünya göstəricisindən 10 faiz aşağıdır".
Dünyada tütünün qiymətinin siqaretin pərakəndə satış qiymətinə təsir etməsi onunla izah edilir ki, Azərbaycan bazarında məhsulların yarısından çoxu xaricdən idxal edilir. Tütün məmulatlarına olan daxili tələbatın 50 faizə qədəri yerli ietsahsal hesabına ödənilir. Azərbaycan bazarının tütün məmulatlarına olan ümumi tələbatı ildə 10 milyard ədəd siqaret səviyyəsində qiymətləndirilir.
Menecer deyib ki, siqaretin pərakandə satış qiymətinin bahalaşması gənclərin və yeniyetmələrin onlardan istifadəsini məhdudlaşdırır.
Xatırladaq ki, Bakının bəzi ticarət obyektlərində bir qutu siqaretin qiymətinin təqribən 10-20 qəpik bahalaşdığı qeydə alınıb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?