GUNDEMXEBER.BİZ GoldNews.Az-a istinadla xəbər portalına müraciət edən Zəhra Qənbərova adlı xanımın dedikləri eşidənləri dəhşətə gətirib. O, insanların humanizm duyğularından istifadə edilərək əl atılan saxtakarlıqdan birinin üstünü açıb.
Həmin mətni və dəlillərini olduğu kimi təqdim edirik:
"Salam bir xəbəri sizə çatdırmaq istəyirəm. Bir neçə gün öncə instagramda bir uşaq üçün yardım səhifəsi ilə rastlaşdım. Mən və dostlarım o ailəyə uşağının müalicəsi üçün maddi yardım topladıq. Sonra isə ailəylə əlaqə yaratmağa çalışdıq. Ailə instagramda mesajlarımıza cavab yazmırdı. Ardından rəylərdə yazmağa başladıq ki, bizimlə əlaqə saxlasınlar. Ailənin hesab açarkən paylaşdığı nömrəyə zəng etməyə başladıq və o nömrəyə zəng belə çatmadı. Səhifədə bizim kimi bir çox insan şübhələnməyə başlamışdı ki, bu səhifə saxta səhifəyə oxşayır. Amma yardımların da ardı-arası kəsilmirdi. Sadəcə, biz pul göndərmək üçün ailədən uşağın həkiminin danışdığı videonu, uşağın xəstəxana daxilindəki videolarını, analiz kağızlarını istədik. Ailə isə çoxlu istək və tələblərin ardından səhifəni bu gün sildi. Və bir çox insan bu aldadılma oyunun qurbanına çevrildi. Biz bu haqsızlığa dözə bilməyib, bu məsələnin ictimailəşməsini istəyir və tələb edirik. Bu cür şərəf yoxsunlarının sayəsində artıq biz də həqiqətən ehtiyacı olanlara yardım etməyə tərəddüd edirik. O səhifə ilə bağlı əvvəldən saxladığımız skrin və məlumatların hamısını göndərirəm".
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?