Ermənistandan Azərbaycana qaçmış Akop İnciqulyanın ailə üzvləri və yaxın qohumları Ermənistanın prezidentinə və müdafiə nazirinə açıq məktubla müraciət ediblər.
Virtualaz.org saytının xarici mətbuata istinadən verdiyi xəbərə görə, həmin məktubda prezidentlə nazirdən özəl xahiş yer alır.
“Biz bilirik ki, Rusiya prezidenti Vladimir Putin bu gün Bakıya rəsmi səfərə gedir. Sizdən xahiş edirik ki, bu fürsətdən istifadə edərək Rusiya prezidenti ilə əlaqə saxlayasınız, o da bizim oğlumuzla bağlı xahişlərimizi Bakıya çatdırsın” - deyə məktubda bildirilir.
A.İnciqulyanın ailə üzvləri qohumları prezident Serj Sərkisyana ünvanladıqları məktublarında daha sonra yazırlar: “Biz belə hesab edirik ki, sizin Putinlə şəxsi əlaqələriniz və rus və erməni xalqları arasındakı çoxəsrlik dostluq münasibətləri sizə Putinə kömək üçün mürəciət etməyə və ondan yardım almağa imkan verir. Bizim oğlumuzun müsahibəsində dediyi sözlər doğru ola bilməz. Onun dedikləri diqtə olunmuşdu, başqasının sözü idi. Biz onun sifətində qorxu hissinin əlamətlərini görürdük. O, belə hərəkət eləyə bilməzdi. Nə qədər ki gec deyil, bizim uşağımıza kömək edin”.
Qeyd edək ki, Ermənistandan Azərbaycana qaçan A.İnciqulyan dünən ANS telekanalına müsahibəsində cəbhə xəttini keçib Azərbaycana qaçmasının səbəbləri barədə danışıb.
Qeyd edək ki, S.Sərkisyanın İnciqulyanlar ailəsinin bu xahiş məktubunu V.Putinə çatdırıb-çatdırmadığı barədə heç bir əlavə bilgi verilmir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?