Bakıda kafedə baş verən hadisə ilə bağlı cinayət işi başlanılıb.
Binəqədi rayon Prokurorluğundan verilən məlumata görə, baş vermiş hadisə ilə bağlı Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkarlıq – iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.
Hazırda başlanmış cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.
***
Bu barədə açıqlamasında Respublika Yanıq Mərkəzinin baş həkimi Şöhrət Məmmədov deyib.
Baş həkim bildirib ki, hadisə nəticəsində bədən səthinin 100 faizi yanan, 1974-cü il təvəllüdlü İbrahimov Natiq Zahid oğlu mayın 22-də gecə saat 02:00 radələrində dünyasını dəyişib. Hazırda mərkəzdə müalicəsi davam etdirilən, 1965-ci il təvəllüdlü İbrahimova Şəkər Xosrov qızının vəziyyəti isə ağır olaraq qalır. Hadisə nəticəsində qadının bədən səthinin 95 faizi yanıb.
Qeyd edək ki, mayın 21-də günorta saatlarında Bakı şəhəri, Binəqədi rayonunda ümumi sahəsi 25 kv.m olan (10 kv.m hissəsi daşdan, qalan hissəsi taxta konstruksiyalardan ibarət) tikilinin (çayxana kimi fəaliyyət göstərir) içərisində propan qaz balonu partlayıb.
Nəticədə tikilinin yanar konstruksiyaları yanıb.
Hadisə nəticəsində 2 nəfər ölüb, iki nəfər isə xəstəxanaya çatdırılmışdı.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?