Rusiyanın Arxangelsk vilayətinin Severodvinsk şəhərində vəkil kimi çalışan qadın bağ evini sata bilməyib və onu 1 milyon rubl (təxminən 30 min manat) həcmində sığortalayıb.
gundemxeber.az xəbər verir ki, bundan sonra o, qonşusuna 60 min rubl (təxminən 17 min manat) verərək, özünün bağda olmadığı vaxtda evi yandırmasını tapşırıb.
Yanğından dərhal sonra qadın vəkil sığorta şirkətinə müraciət edib. Hazırda onun özünə qarşı iri məbləğdə dələduzluqla bağlı cinayət işi başlanıb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?