GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Yeməyi gec bişirdiyinə görə benzini arvadının üstünə töküb yandırdı

Yeməyi gec bişirdiyinə görə benzini arvadının üstünə töküb yandırdı

Tarix: 26-05-2018, 12:22 Bölmə :Cəmiyyət Baxış: 294
Yeməyi gec bişirdiyinə görə benzini arvadının üstünə töküb yandırdı


Ailə başçısı arvadının üstünə yanacağın dağılmasını, hər ikisinin yanıq xəsarətləri almalarını, ümumiyyətlə, hadisənin ehtiyatsızlıq üzündən baş verdiyini desə də, qadın tam əksini – həyat yoldaşının onu diri-diri yandırmaq niyyətində olduğunu açıqlayıb...

Bakı Ağır Cinayətlər Məhkəməsində arvadının üzərinə benzin töküb yandırmağa cəhd edən Lerik rayonu Barzovu kənd sakini, 31 yaşlı Mais Məstiəli oğlu Həsənovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Virtualaz.org-un xəbərinə görə, ötən il iyulun 29-da içkili vəziyyətdə evə gələn Mais Həsənov arvadı Güldəstə Ağayevaya axşam yeməyini gec hazırlamasını irad tutub. Həyat yoldaşının ünvanına nalayiq söyüşlər söyən ərin bununla ürəyi soyumayıb. Arvadını öldürmək məqsədilə avtomobildən götürdüyü plastmas qabdakı benzini onun üzərinə töküb və qapını bağlayıb. Qaz sobasında yemək hazırlayan qadın üzərinə benzin töküldüyünü hiss edincə, qazı söndürmək istəyib. Bu vaxt Mais onu diri-diri yandırmaq məqsədilə 5 litrlik qabdakı yanacağı sobanın üstünə, əşyalara, evin hər tərəfinə səpib. Tez bir zamanda ətrafı alov bürüyüb. Mais Güldəstənin yanılı vəziyyətdə olan qazdan alışmasına nail ola bilib. Yanacağın yerə tökülməsindən özü də yanıq xəsarətləri alan Mais məcbur olub qapını açaraq çölə qaçıb. Qapının açılmasından istifadə edən Güldəstə də həyətə qaçaraq qonşuları köməyə çağırıb. Qonşuların köməyi ilə G.Ağayeva və M.Həsənov xəstəxanaya çatdırılıblar.

Törətdiyi əmələ görə M.Həsənova qarşı Cinayət Məcəlləsinin 29,120.2.2 və 29, 186.2.2-ci maddəsi ilə ittiham olunaraq barsəində Xəzər rayon Məhkəməsi tərəfindən 3 aylıq hıbs qətimkan tədbiri seçilib.

“Tutaşanda benzin qazın üstünə dağıldı”

Təqsirləndirilən Mais Həsənov ona elan olunmuş ittihamlarla özünü təqsirli bilməyib. İfadəsində hadisə baş verən gün uşaqlarının qohumların evində olduğunu, Güldəstənin yemək hazırladığını, özünün isə həyətdəki avtomaşının mühərrikini təmir etdiyini, mazuta bulaşan əllərini yumaq üçün mətbəxə keçdiyini göstərib: ”Benzinlə əlimi yumaq istəyəndə Güldəstə iyi hiss edib yanacaqla mətbəxə girdiyimə görə mənə acıqlandı, dalaşdıq, benzin qazın üstünə dağıldı. Alov üstümüzə sıçradığından həm ikimiz, həmçinin mətbəx od tutub yanmağa başladı. Əlimdə saxladığım, içərisində benzin olan qabı da götürüb Güldəstə ilə birlikdə çölə qaçdıq. Qabı tulladım, hər ikimiz özümüzü söndürdük. Güldəstənin qışqırığına qonşular gəldi. Bizi 5 saylı şəhər xəstəxanasının yanıq şöbəsinə apardılar”.

“Hadisə ehtiyatsızlıq üzündən baş verib, arvadımı öldürmək niyyətim olmayıb”

M.Həsənovun ifadəsinə görə, bir müddət xəstəxanada müalicə alsa da, maddi imkanı olmadığına görə Lerikə gedib. Amma ayaqlarında yaranan problemlərə görə yenidən xəstəxanaya qayıdıb: ”Mənim ayağım, Güldəstənin isə ayağı ilə beli yanmışdı. Xəstəxanada ayağımdan əməliyyat olundum. Əməliyyatdan sonra yenidən Lerikə getdim. Polis əməkdaşları qaçıb gizləndiyimi zənn edərək məni axtarışa vermişdilər. Amma mən rayona müalicəmi ev şəraitində davam etdirmək üçün getmişdim. Heç kimdən qaçmaq fikrim olmayıb”.

Hadisədən uzun müddət sonra – ötən il oktyabrın 25-də Maştağaya qardaşı evinə gələn M.Həsənov polis əməkdaşları tərəfindən saxlanılıb. O, ilkin ifadəsində hadisənin ehtiyatsızlıq üzündən baş verdiyini, arvadının həyatına qəsd etmək niyyətində olmadığını bildirib.

“Tüfeyli həyat sürür, ailəsinə baxmırdı”

Zərərçəkmiş Güldəstə Ağayeva ifadəsində Maislə 2005-ci ildə ailə həyatı qurduqlarını, evləndikdən iki-üç ay sonra Binə qəsəbəsində yaşayan qardaşının yanına köçdüklərini, birgə nikahdan iki övladları olduğunu göstərib:

“Qardaşım öz həyətindən iki sot torpaq ayırıb bizə vermişdi. Atamla köməkləşib bir mərtəbəli ev tikib bizi oraya köçürdülər. Mais fəhləlik edirdi, maddi cəhətdən korluq çəkdiyim vaxtlar atamla qardaşım əl tuturdu. Mais tüfeyli həyat sürməyə meylli olduğundan, ailəsini dolandırmır, qazandığını içkiyə verirdi. Məcbur olub özüm parniklərdə fəhləlik edirdim. Mais isə, ümumiyyətlə, işləmək istəmirdi”.

“Deyirdi ki, “yan, mən də sənə baxım”

G.Ağayevanın ifadəsinə görə, tez-tez ailədaxili münaqişələri olsa da, bu barədə heç bir quruma şikayət etməyib. Üç il öncə isə boşanmaq üçün məhkəməyə müraciət etdə də, sonradan barışdıqlarına görə rəsmi qaydada ayrılmayıblar. Mübahisələrin yaranmasının digər səbəbi isə ərinin ona xəyanət etməsindən şübhələnməsi olub:

“Mən Maisdən beş yaş böyüyəm. Bir neçə dəfə evə qadın gətirəcəyini, yaşadığım mənzili satacağını deyirdi. Hadisə baş verən gün uşaqlar bacımgildə idilər. Mais axşam saatlarında sərxoş vəziyyətdə evə gəldi. Həmin vaxt otaqda uzanmışdım. Yemək olmadığına görə Mais mənə acıqlandı. Dedim, həkimdən gəlmişəm, yorğunam, indi durub bişirəcəyəm. Mübahisə etməyə başladı, evi yandıracağını dedi, əhəmiyyət vermədim. Həyətə çıxdı, mən də mətbəxə keçdim ki, yemək hazırlayım. Bu vaxt söyüş söyə-söyə yerə nəsə səpdiyini gördüm. Qazın yanındaydım, əlindəki maye mənim də üstümə töküldü. Qabı əlindən almağa çalışdım, bacarmadım, qazı söndürmək istəyəndə yanacaqdan qazın üstünə də səpdi. Alovdan qolum və ayağım yandı. Mais isə “yan, mən də sənə baxım” deyirdi”.

“Məni öldürmək istəyirdi”

Qadın mətbəxdən çıxmaq istəsə də, əri imkan verməyib. Benzin yerə dağıldığından Maisin də ayaqları yanıb. Ərinin özünü söndürmək üçün çölə çıxdığını görüncə Güldəstə də həyətə qaçıb. Səs-küyə qonşular, həmçinin qardaşıgil gəlib. İki aya yaxın xəstəxanada müalicə alan Güldəstə iki dəfə əməliyyat olunub:

“Səhhətimlə bağlı ağrılar davam edir. Maisin məni öldürmək istədiyini düşünürəm, onun qanuna müvafiq şəkildə cəzalandırılmasını xahiş edirəm”.

Məhkəmənin hökmü ilə Mais Həsənov 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • 81 yaşlı atasının üstünə benzin töküb yandırdı - Bakıdakı olayın səbəbi SİZİ DƏHŞƏTƏ GƏTİRƏCƏK

    81 yaşlı atasının üstünə benzin töküb yandırdı - ...

    16-11-2017, 17:55

  • 
  • Bakıda vəhşi cinayət: arvadını bişirdi

    Bakıda vəhşi cinayət: arvadını bişirdi ...

    29-05-2016, 14:50

  • 
  • ŞOK: Yol polis əməkdaşının üstünə BENZİN töküb yandırdılar - VİDEO

    ŞOK: Yol polis əməkdaşının üstünə BENZİN töküb ...

    5-12-2016, 12:35

  • 
  • Arvadının yanında söyüş söyən əmioğlusunu qanına qəltan etdi

    Arvadının yanında söyüş söyən əmioğlusunu qanına ...

    5-02-2015, 11:20

  • 
  • Arvadının erotik filmə çəkildiyini öyrənən ərin dəhşəti – FOTOLAR

    Arvadının erotik filmə çəkildiyini öyrənən ərin ...

    19-03-2018, 11:37


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (83)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu