Ötən həftə adı tarixə qovuşan “Grand” hospitalda müəmmalı hadisələr baş verdi.
Tibb müəssisəsinin həkimlərinin kütləvi olaraq işlərindən uzaqlaşdırılması gündəm mövzusuna çevrildi. Bu, sıradan bir dəyişiklik olmadığı üçün müzakirələrə yol açdı. Baş verənlər hospitalın başına Türkiyə vətəndaşının gətirilməsi ilə əlaqələndirildi. Rəhbərlikdəki dəyişikliyin bu qədər səs-küy gətirməsi bəzi suallar doğurdu. Üstəlik, dəyişiklik prosesinin sürətlə həyata keçirilməsi hamıya qaranlıq qaldı. Hospitalın adı belə çox keçmədi ki, “Ege” ilə əvəzləndi.
Etibarlı mənbədən əldə etdiyimiz məlumata görə, əslində bütün olanların başında keçmiş “Grandın” rəhbərliyinin külli miqdarda borcunun olması durub. Belə ki, o, indiki Türkiyə vətəndaşı Yalçın adlı şəxslə şərik olaraq hospitala avadanlıqlar alıb. Bir müddət sonra isə keçmiş rəhbərlik indikinin pulunu qaytarmalı imiş. Alınan mallar dollar məzənnəsi ilə olduğu üçün devalvasiyadan sonra borcu bir neçə dəfə artıb. Söhbət milyonlardan getdiyi üçün məsələ bir az qəlizləşib. Eyni zamanda “Grand” hospitalın rəhbərliyi yeyintilərə yol verməsi ona baha başa gəlib.
Bütün bunların altından çıxa bilməyən keçmiş rəhbərlik tibb müəssisəsini Yalçına bağışlamaq məcburiyyətində qalıb. Həkimlərdən bir neçəsi məsələdən xəbərdar olduqdan sonra öncəki rəhbərlikdən talelərinin nə yerdə qalacağını soruşublar. Onlara bildirilib ki, heç nə dəyişilməyəcək və iş öz axarında davam edəcək.
Lakin vədlər boşuna olub, tam əksi baş verib və xəstəxanada gərgin günlər start götürüb. Belə ki, rəhbərlikdəki dəyişiklikdən sonra həkimlərin əşyaları otaqlarından çıxarılmağa başlayıb. Onların əvəzinə isə türkiyəli mütəxəssislər gətirilib və yeni rəhbərlik öz həmvətənlərilə işləmək istəyib. Ardınca isə mətbuatın yazdığına görə, həkimlər işdən uzaqlaşdırılmağa başlanılıb. Amma “Grand”ın mütəxsəssislərinin sözlərinə görə, onlar öz istəkləri ilə işdən ayrılıblar.
Digər bir iddiaya görə yeni gətirilən türkiyəli həkimlər Səhiyyə Nazirliyindən lisenziya almamış iş başına keçiblər. Artıq bütün olanlar hətta yuxarı dairələrin diqqət mərkəzindədir./minval.info
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?