Azərbaycanlı biznesmen Telman İsmayılovun 2009-cu ildə Antalyanın Kundu bölgəsində tikdirdiyi “Mardan Palace Hotel”i qarşısında bu gün etiraz aksiyası keçirilib.
1,4 milyard dollarlıq lüks otelin sahibi T.İsmayılov iflasa uğradıqdan sonra işdən çıxarılan işçilər 6 aydır maaşlarını və təzminatlarını ala bilmədiklərini bildirirlər.
Təxminən minə yaxın işçinin alacağı ümumi məbləğ isə 16 milyon TL-dir.
Qeyd edək ki, borc səbəbindən müsadirə olunan və “Xalq Bankı”na satılan otelin minə yaxın personalı ötən ilin dekabrın 19-da işdən uzaqlaşdırılıb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?