Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları “Lukoyl” və “Rosneft”in bir neçə menecerini həbs edib
Gundemeber.Biz bildirir ki, bu barədə əldə etdiyimiz məlumata görə, əməliyyat ölkənin bir neçə regionunda və eləcə də Moskvada keçirilib.
Məlumata görə, əməliyyat uzun sürən izləmə və araşdırmalardan sonra başlayıb. Təhlükəsizlik xidmətinə məlum olub ki, bu şirkətlərə məxsus yanacaqdolrma məntəqələrində xüsusi viruslu proqramlar quraşdırlıb. Nəticədə avtomobillərin çəninə göstərildiyindən 7 faiz az yanacaq vurulur.
Əməliyyat nəticəsində ilk olaraq “Rosnef- Stavropol”un top-meneceri və “Lukoyl”un bir neçə meneceri yaxalanıb. Bundan sonra “Rosneft”dən Oleq Kolpakov, “Lukoyl”dan isə Kovalevski və Yukinski adlı menecerlər də saxlanılıb. Onlar barəsində “mütəşəkkil cinayətkar dəstə yaratmaq” və “külli-miqdarda dələduzluq” maddəsiylə cinayət işi başlanılıb.
Sorğu
Yeni dizaynımız necədir?