İyunun 1-də günorta saatlarında Heydər Əliyev Mərkəzinin qarşısındakı parkda Beynəlxalq uşaqları müdafiə gününə həsr olunmuş Uşaq festivalı keçirilib. Lakin hava şəraitinin dəyişilməsi ilə əlaqədar və güclü külək üzündən fövqəladə hadisə baş verib. Külək Heydər Əliyev Mərkəzinin qarşısında hava şarını qaldıraraq insanların üstünə aşırıb.
Bu hadisə ictimai fikirdə ajiotaja səbəb olub və bir sıra şayiələrin yaranmasına gətirib çıxarıb.
gundemxeber.az xəbər verir ki, virtualaz.org-un gecə saatlarında hüquq-mühafizə orqanlarından əldə etdiyi informasiyaya görə, hadisə nəticəsində ölən olmayıb. Bir neçə uşaq yüngül zədə alıb. Tibbi yardım göstərildikdən sonra həmin uşaqlar evə buraxılıblar.
Sorğu
Yeni dizaynımız necədir?