Avstraliyanın Viktoriya ştatında cümə axşamı xəsarət almış yeddi nəfəri xəstəxanaya çatdırmaq üçün hava şarı təcili eniş etməyə məcbur olub.
Rəsmilərin dediyinə görə, hadisə yerində olan digər doqquz nəfər də Dikson körfəzindəki xüsusi ərazidə müalicə altına alınıb.
“Qəzanın nəticələri daha pi sola bilərdi. Bəxtimiz gətirdi ki, biz xəsarət alan yeddi nəfəri xəstaxanaya çatdıra bildik. Xəsarət alanların sayı daha da çox ola bilərdi.” – deyə, Təcili Tibbi Yardım xidmətinin işçisi Ben Allan bildirib.
Rəsmilər fövqəladə enişin səbəbini araşdırır. Yerli media orqanlarının verdiyi məlumata görə, operatorun hava şarını təcili aşağı endirməsinə səbəb güclü külək olub.
Sorğu
Yeni dizaynımız necədir?