Şimali Kiprdə yaşayan Bilgə Lord Qunduracı adlı xanım törətdiyi dəhşətli cinayətlə adından söz etdirib.
Bilgə ayrılmaqda olduğu həyat yoldaşından intiqam almaq üçün azyaşlı oğlunu öz əlləri ilə öldürüb.
Minval.info xəbər verir ki, hadisə paytaxt Lefkoşada baş verib. Bilgə Lord Qunduracı 4 gün əvvəl 7 yaşlı oğlu Ərcan Qunduracını vəhşicəsinə qətlə yetirib. Oğlu yatdığı zaman onu 17 dəfə bıçaqlayaraq öldürən Bilgə Qunduracı polis tərəfindən tutulub.
Verdiyi açıqlamada həyat yoldaşı ilə boşanmaq üzrə olduğunu və psixologiyasının pozulduğunu söyləyib. “Bilmirdim ki, ərimi necə cəzalandırım. Evə gəlmirdi. Mən də oğlumu öldürüb, vatsapda videonu ona atdım”- deyən Bilgə xanım hadisədən dərhal sonra öz canına da qəsd etdiyni də sözlərinə əlavə edib.
“Peşman deyiləm”…
Məhkəmədə verdiyi açıqlamada Bilgə Qunduracı törətdiyi cinayədən peşman olmadığını deyib. Gənc qadın hadisədən sonra video çəkib və ərinə “gəl indi oğlunu götür”-, deyib.
Məhkəmə prosesində iştirak edən psixoloqlar qadının özünü öldürmək istəmədiyini, sadəcə həbs həyatının daha az olması üçün belə etdiyini bildirib. Yəni gənc qadının heç də psixologyası pozulduğu üçün belə etməyib, cinayət tam şüurlu şəkildə törədilib./minval.info
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?