GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Kirminal » "İsa peyğəmbəri əvvəllər görmüşdüm" – azyaşlı oğlunu boğan ana danışdı

"İsa peyğəmbəri əvvəllər görmüşdüm" – azyaşlı oğlunu boğan ana danışdı

Tarix: 21-08-2017, 12:58 Bölmə :Kirminal Baxış: 411
"İsa peyğəmbəri əvvəllər görmüşdüm" – azyaşlı oğlunu boğan ana danışdı


Bakı Ağır Cinayətlər Məhkəməsində 5 yaşlı doğma oğlunu qətlə yetirməkdə təqdirləndirilən Nazilə Qulubəyovanın cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Bu gün hakim Novruz Kərimovun sədrlik etdiyi prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

Qeyd edək ki, təqsirləndirilən N.Qulubəyova özünü pis hiss etdiyini bəhanə gətirərək, ifadə verməkdən imtina edib.

Daha sonra təqsirləndirilən şəxsin nümayəndəsi - N.Qulibəyovanın qardaşı dindirilib. O, bacısının əvvəllər heç bir xəstəlikdən əziyyət çəkmədiyini deyib: "Evə gəldiyim vaxt hadisə artıq baş vermişdi. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və bacımın həyat yoldaşı Rüstəm də orada idi. Polis gələndən sonra qapını sındırdılar. Rüstəm çox həyacanlı idi. İçəri daxil olandan sonra həkim də çağırıldı. Uşaq divanın üzərində uzanmışdı".

Nümayəndə bacısının özünə qapalı insan olduğunu vurğulayıb: "Hadisədən sonra bildim ki, o, sektaya, dini təriqətlər olan yerlərə gedib". Əlavə edək ki. qardaşı ifadə verən vaxt təqsirləndirilən oturduğu yerdə qeyri-adi hərəkətlər edirdi.
Daha sonra N.Qulubəyovanın keçmiş həyat yoldaşı Rüstəm Qulubəyov ifadə verib. O bildirib ki, hadisədən əvvəl oğlu Fəridin qızdırması var idi: "Həmin gün işdə idim. Uşaqdan narahat olduğun üçün evə tez-tez zəng vururdum. Nazilə telefonu götürmürdü. Təxminən axşam saat 6 olardı. Dostum zəng vurub, oğlumu soruşdu, səhhəti ilə maraqlandı. Anam da bərk narahat idi. Evə gəldim, qapını açan olmadı. Polisə və FHN-ə zəng vurdum. Onlar qapını sındırıb içəri daxil olanda, uşağımın meyitini gördüm. Nazilə isə həmin vaxt yerdə oturub, bir nöqtəyə baxırdı. Yerdə şam var idi. Şokda idim. Hələ anlaya bilmirdim ki, uşaq özü ölüb, yoxsa onu Nazilə öldürüb. Baş verənlərdən sonra arvadımla boşandım. O vaxta kimi münasibətimiz yaxşı idi".

Əri də etiraf etdi ki, təqsirləndirilən N.Qulubəyova özünə bağlı olub. Rüstəm Qulubəyov qeyd edib ki, həyat yoldaşı əvvəllər dini sektorlara gedib: "Hadisədən sonra evdən dini ayinlər zamanı istifadə edilən bir neçə əşya tapdım. O ana qədər psixoloji problemlərinin olduğunu bilmirdim".

İclasda hakim N.Qulubəyovaya "niyə orada əyləşmisən" sualı ilə müraciət edib. Təqsirləndirilən qadın suala "bilmirəm" cavabını verib.

Bundan sonra Nazilə Qulubəyova danışıb: "Sektaya gedəndə demişdilər ki, İsa peyğəmbər gələndə bütün ölən şəxslər qiyamətdə diriləcək. Həmin gün uşaq xəstə idi. Ona qızdırma dərmanı verdim. Sonra halı pis oldu. Bu haqda Simaya zəng edib dedim. O da dedi ki, qorxma, düzələcək. Uşağımın əl-qolunu bağlamamışdım. Sadəcə, dərman verdim ki, sağalsın".

Hakim N.Qulibəyovaya "İsa peyğəmbər həmin gün gələcəkdi?" sualını verdikdə təqsirləndirilən qadın "elə bilirdim ki, İsa peyğəmbər həmin gün gələcək" cavabını verib: "İsa peyğəmbəri əvvəllər görmüşdüm".

Məhkəmə prosesi avqustun 28-də davam etdiriləcək.

Xatırladaq ki, təqsirləndirilən 34 yaşlı Nazilə Qulubəyova dini təriqətlərdən birinin üzvü olub. O, ötən il 5 yaşlı oğlu Fərid Quluzadəni boğaraq qətlə yetirib.

Uşağın xristian yönümlü təriqətin üzvü olan anası Nazilə Qulubəyova tərəfindən öldürüldüyü məlum olub. N.Qulubəyova deyib ki, “pis ruhları çıxartmaq” üçün oğlunun ağızına əski parçası tutaraq sıxıb. Nəticədə azyaşlı keçinib.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • 5 yaşlı oğlunu öldürən qadın məhkəmədə ifadədən imtina edib

    5 yaşlı oğlunu öldürən qadın məhkəmədə ifadədən ...

    21-08-2017, 11:25

  • 
  • Dini cərəyana qoşulan qadın ŞOK açıqlamalar verdi - 5 yaşlı oğlunu niyə öldürüb?

    Dini cərəyana qoşulan qadın ŞOK açıqlamalar verdi ...

    21-08-2017, 12:50

  • 
  • Bacısını boğan qardaşın məhkəməsi qapalı keçirildi

    Bacısını boğan qardaşın məhkəməsi qapalı keçirildi ...

    26-04-2017, 18:01

  • 
  • Arvadını öldürənə cəza istənildi

    Arvadını öldürənə cəza istənildi ...

    17-01-2017, 17:53

  • 
  • Qardaşı oğlunu güllələyən kişi yüngül cəza istəyir

    Qardaşı oğlunu güllələyən kişi yüngül cəza istəyir ...

    18-04-2015, 22:52


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (270)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu