GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Sülh Platforması aktivləşib - daha bir erməni Bakıya gəldi

Sülh Platforması aktivləşib - daha bir erməni Bakıya gəldi

Tarix: 5-06-2018, 12:37 Bölmə :Cəmiyyət Baxış: 302
Sülh Platforması aktivləşib - daha bir erməni Bakıya gəldi

Politoloq Elçin Mirzəbəyli: “Peşəkar diplomatiyanın da, xalq diplomatiyasının da öz məqamı var”
2016-cı ildə Bakıda təsis olunan “Ermənistanla Azərbaycan arasında sülh naminə Platforma” müəyyən fasilədən sonra fəaliyyətini yenidən aktivləşdirib. Son günlər ermənilərin Azərbaycana səfərlərində də intensivlik müşahidə olunur.


Azərbaycan-Ermənistan Vətəndaş Sülh Platformasının köməyi ilə onun iştirakçısı, əslən bakılı Eduard Baqiryan paytaxtımıza gəlib. Qeyd edək ki, ötən ay da Platformanın dəstəyi ilə Azərbaycanda doğulmuş və hazırda Moskvada yaşayan Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platformasının üzvü Bagiryan Eduard Apkaroviç Bakıya gəlmişdi.

Azərbaycan tərəfi sülhməramlı mövqe nümayiş etdirərək, hətta torpaqları işğalda olduğu halda ermənilərin ölkəmizə gəlişinə şərait yaradır. Lakin beynəlxalq təşkilatlar Bakının önəm verdiyi bu layihəyə ciddi dəstək vermir, üstəlik, bu prosesdə maraqlı olmayan Ermənistana qarşı qınaq belə yoxdur. Hətta Azərbaycan və Ermənistan arasında daim bərabərlik işarəsi qoyurlar. Hansı ki, ən azı İrəvan da münasibətlərin normallaşması istiqamətində maraqlı olduğunu nümayiş etdirməkdən ötrü Ermənistandan didərgin düşən azərbaycanlılarla bağlı hansısa addım ata bilərdi. Xocalı qatili Serj Sərkisyanın Qarabağdakı cinayətlərinə, üstəlik də Ermənistanı fəlakətlərə düçar etdiyinə görə sülh tərəfdarı olmadığı bəlli idi. Amma onu devirib hakimiyyəti ələ keçirən Nikol Paşinyan da radikal mövqe ortaya qoydu. Üstəlik, Paşinyan Sərkisyandan da “irəli” gedərək Dağlıq Qarabağın danışıqlarda “tərəf” kimi çıxış etməsində israr edir. Görünən budur ki, İrəvan işğalçılıq siyasətindən əl çəkmək niyyətində deyil. Belə olan halda, Sülh Platformasının fəaliyyətinin nə vəd etdiyi gündəmin əsas suallarındandır.

Sülh Platforması aktivləşib - daha bir erməni Bakıya gəldi

gundemxeber.az musavat.com-a istinaden xeber verir ki, Politoloq Elçin Mirzəbəyli “Yeni Müsavat”a bildirdi ki, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi üçün bütün mümkün vasitələrdən istifadə edilməlidir: “Peşəkar diplomatiyanın da, xalq diplomatiyasının da, informasiya savaşının da də öz yeri, öz məqamı var. Bunlardan hər hansı birinin ayrı-ayrılıqda Azərbaycan ərazilərinin işğalına son qoyacağını, Dağlıq Qarabağ probleminin ədalətli həllinə gətirib çıxaracağını gözləmək sadəlövhlük olar. Xalq diplomatiyası alternativ dialoq platformasıdır, problemin həlli üçün qərarların qəbul ediləcəyi masa deyil”.

E.Mirzəbəylinin fikrincə, beynəlxalq təşkilatların platformaya ciddi dəstək verməməsinin səbəbi prosesin Azərbaycanın liderliyi ilə həyata keçirilməsidir: “Bildiyiniz kimi, beynəlxalq təşkilatlar uzun illərdir ki, ”xalq diplomatiyası" adı altında ən müxtəlif tədbirlər həyata keçirməyə çalışıblar. Azərbaycan və Ermənistanın, eləcə də Dağlıq Qarabağda yaşayan ermənilərin təmsil olunduğu QHT-ləri, KİV-ləri müzakirələrə cəlb ediblər. Amma nəticə olmayıb. Çünki məqsəd münaqişənin ədalətli həlli deyil, casus şəbəkəsi, nüfuz müvəkkilləri formalaşdırmaqdan, təslimçilik toxumu səpməkdən və təbii ki, qrant kimi ayrılan külli miqdarda vəsaitləri mənimsəməkdən ibarət olub. Bu məsələnin beynəlxalq təşkilatların diqqətindən tamamilə kənarda qaldığını söyləmək də doğru olmazdı. Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində xalq diplomatiyasından istifadə olunması Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramının əsas müddəalarından biridir".

Ermənistana gəldikdə, E.Mirzəbəyli bildirdi ki, işğalçı ölkənin Sülh Platformasına dəstək verəcəyi öncədən də gözlənilmirdi: “Əvvəla, Platformada iştirak edən ermənilər Sərkisyan rejiminə qarşı çıxış edirdilər. Doğrudur, hazırda Ermənistanda hakimiyyət dəyişib. Amma mövqeləri zəif olan və populist bəyanatlarla Dağlıq Qarabağ məsələsində ictimai rəyi öz xeyrinə dəyişməyə çalışan Nikol Paşinyanın nə Sülh Platformasına, nə də danışıqlar prosesinə münasibəti tam aydın deyil. O, Ermənistanda yeni seçkilər keçirilənədək prosesdən yayınmağa çalışır. Bu baxımdan Ermənistanda sabit hakimiyyət formalaşmayanadək rəsmi İrəvanın mövqeyi aydın olmayacaq. Hətta ola bilər ki, seçkilərin nəticəsindən asılı olaraq, bu mövqe hələ uzun müddət aydınlaşmasın. İndiki şəraitdə Ermənistan hakimiyyətinin ən çox ehtiyac duyduğu vaxtdır. Paşinyan vaxt udmaq, sabitliyə nail olmaq və bu yolla ölkəyə investisiya cəlb etmək istəyir. Bu səbəbdən də onun ən çox ehtiyac duyduğunu əlindən almaq lazımdır. Bunun üçün isə müxtəlif vasitələr var”.

Sülh Platforması aktivləşib - daha bir erməni Bakıya gəldi

QAT sədri Akif Nağı isə bu fikirdədir ki, “Sülh Platforması” deyilən prosesin yenidən fəallaşması Azərbaycan üçün yaxşı heç nə vəd etmir: “Bu, erməni mərkəzlərinin idarə etdiyi bir işdir. Fikir verdinizsə, eyni vaxtda müxtəlif yerlərdə azərbaycanlı diaspor rəhbərinin qızının erməniyə ərə getməsi, Moskvada "AZErros" təşkilatının sədrinin sərsəm açıqlamaları kimi hadisələr baş verdi. Deməli, hər şey eyni mərkəzdən idarə olunur. Məqsəd işğal faktını unutdurmaq, Azərbaycan cəmiyyətinə təslimçi sülh əhval-ruhiyyəsini yeritməkdir”. A.Nağı ermənilərin Bakıya gəlişinə qarşıdır: “Sonuncu gələn erməni emissarı Bagiryan da dedi ki, Bakıda düşmən, millətçi münasibət görmədi, əksinə, Ermənistanda ermənilər daha barışmaz mövqedədirlər. Bu, beynəlxalq təşkilatlara da bir mesajdır ki, azərbaycanlılar artıq reallıqla, işğalla barışıblar, ermənilər isə dediklərindən geri çəkilmək istəmirlər. Ona görə də ermənilərin mövqeyi ilə hesablaşmaq lazımdır. Beynəlxalq təşkilatlar da ermənilərin bu cür layihələrinə dəstək verir, səbirlə nəticəni gözləyirlər”.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Erməni həmsədr Vətəndaş Sülh Platformasından niyə qovuldu? - Təfərrüat

    Erməni həmsədr Vətəndaş Sülh Platformasından niyə ...

    27-12-2017, 12:00

  • 
  • Elmar Məmmədyarov Ermənistanla Böyük sülh sazişi haqda

    Elmar Məmmədyarov Ermənistanla Böyük sülh sazişi ...

    15-10-2014, 15:08

  • 
  • Ermənistan Qarabağı işğaldan azad etməlidir - Bagiryan

    Ermənistan Qarabağı işğaldan azad etməlidir - ...

    30-05-2018, 10:27

  • 
  • Azərbaycan-Ermənistan ortaq televiziya layihəsi gerçəkləşir

    Azərbaycan-Ermənistan ortaq televiziya layihəsi ...

    5-11-2013, 13:02

  • 
  • Vətəndaş cəmiyyəti hakimiyyəti beynəlxalq qurumları aldatmağa son qoymağa çağırıb

    Vətəndaş cəmiyyəti hakimiyyəti beynəlxalq ...

    16-09-2016, 15:20


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (127)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu