İyunun 4-də hüquqşünas Emin Aslanı saxlayanların olduğu "Mercedes" markalı "90 XG 017" dövlət nömrə nişanlı avtomobil Teymurov Mehman Vaqif oğluna məxsusdur. Bu barədə jurnalist Xədicə İsmayılova öz Facebook səhifəsində yazıb.
Onun sözlərinə görə, Mehman Teymurov Daxili İşlər Nazirliyinin Narkotiklərə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı olub.
Sonradan o, 2015-ci ildə Nardaranda həyata keçirilən xüsusi əməliyyatda DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqıla Mübarizə İdarəsinin (BMCMİ) əməliyyatçısı kimi iştirak edib.
Xədicə İsmayılova buna əsaslanaraq hesab edir ki, Aslan BMCMİ-də saxlanılır.
Hüquq müdafiəçisi Anar Məmmədli isə facebook səhifəsində yazır ki, iyunun 5-də saat 13 radələrində vəkil Elçin Sadıqov yenə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə getsə də, ona Emin Aslanın ora gətirilməsi barədə dəqiq məlumat verməyiblər.
“Ancaq böyük ehtimalla Emini orada saxlayırlar. Vəkil həmin idarənin yerləşdiyi ərazi üzrə Nərimanov rayon Məhkəməsinə gedərək, Eminin vəkili olduğunu bildirib. Ümid edək ki, Emini məhkəməyə gətirsələr xəbərimiz olacaq”, o qeyd edib.
Emin Aslan ABŞ-dan qayıtdıqdan bir neçə gün sonra iyunun 4-də saxlanılıb. O Syracuse Universitetinin hüquq elmləri magistrı diplomunu alıb. Emin Aslan hüquqların müdafiəsi sahəsindəfəaliyyəti ilə məşhurdur.
Emin Aslana qarşı hansı iddianın ola biləcəyi də hələ aydın deyil.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?