Ötən gün Vandan Türkiyəyə keçən ümumi sayı 51 nəfər olmaqla İran, Əfqanıstan və Pakistan vətəndaşları saxlanılıb. Onların deportasiyası barədə qərar qəbul edilib.
Saxlanılanlar arasında iranlı cütlük yalvararaq polislərdən kömək istəyib. Onlar bildiriblər ki, İrana göndərilsələr, saçları boyalı, bədənləri tatuajlı olduğuna görə birinin qolunu kəsəcəklər, o birisini isə edam edəcəklər.
Bu gün həmin cütlüklə bağlı qərar verilib. Onların təhlükəsiz ölkəyə gedənə qədər Türkiyədə qalmalarına icazə verilib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?