İranın Fars vilayətində əhalinin gözü qarşısında bir nəfər edam edilib. Məhbus adam oğurluğu və qətldə günahlandırılaraq dar ağacından asılıb. Onun ad və soyadı açıqlanmayıb.
Məhbus on il əvvəl iki nəfərlə əlbir olaraq adam oğurluğunda iştirak edib və daha sonra Cəhrom şəhərinin çöllərində qaçırılmış şəxsi qətlə yetirib. Bu səbəbdən Cəhrom Məhkəməsi tərəfindən ölüm hökmünə məhkum edilib, qərar İran Ali Məhkəməsi tərəfindən də təsdiqlənib. O, 6 illik həbs həyatından sonra avqustun 21-də səhər saatlarında Cəhrom şəhərində edam edilib.
Bundan başqa, məhbusla əlbir olan şəxs adam oğurluğu, soyğunçuluq, təqib və qətldə iştirak etdiyinə görə 26 il azadlıqdan məhrum edilib, həmçinin ona 100 zərbə şallaq cəzası kəsilib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?