AMEA-nın Respublika Seysmologiya Xidmət Mərkəzi Azərbaycanda baş vermiş zəlzələ ilə bağlı rəsmi məlumat yayıb.
Zəlzələ, ilkin məlumatlara əsasən, yerli vaxtla saat 22:40-da Zaqatala ərazisində qeydə alınıb.
Yeraltı təkanlar yeni 12 km dərinliyində 5,5 maqnituda gücündə olub.
****
Azərbaycanda güclü zəlzələ baş verib.
Zəlzələ ölkənin əksər rayonlarında hiss olunub. Zəlzələnin episentrinin şimal-qərb bölgəsində olduğu ehtimal olunur. Güclü təkanlar daha çox Şəki, Qax, Balakən, Zaqatala rayonlarında hiss olunub.
Zəlzələ həmçinin Göyçay, Şamaxı və digər ətraf rayonlarda da hiss olunub.
Dağıntı və tələfat barədə hələlik məlumat verilmir.
***
Report Gürcüstan Seysmoloji Mərkəzinə istinadən bildirir ki, Zaqatalada baş verən zəlzələ Rusiyanın cənubunda, Gürcüstanda və Ermənistanda hiss olunub.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?