İşğal olunmuş ərazilərdəki tarix və mədəniyyət abidələrinin istərsədə mədəni irsimizin digər sahələrinə aid olan mədəni dəyərlərimizin sayları barədə ölkə mediasında eləcədə rəsmi dövlət qurumlarında həmişə ikili bəlkədə üçlü münasibətlər olub. Beləki, işğal altındakı mədəni irs nümunələrimizin sayları haqqındakı məlumatlar birinin digərləri ilə müqayisədə uyğunsuzluq təşkil edir. Bu isə daha çox düşmən tərəfin təbliğatına münbit şərait yaradır.
Odur ki bu problemi aradan qaldırmaq üçün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə "Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı" ictimai birliyi "Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycanın məruz qaldığı itki və tələfatlar barədə beynəlxalq ictimaiyyətin məlumatlandırılması" adlı layihə çərçivəsində Şuşanın mədəni irsinə aid olan tarix və mədəniyyət abidələrinin sayları dəqiqləşdirildi.
Bu ərazidəki abidələrin sayları dəqiqləşdirilərkən, hər bir abidənin görüntüsü əldə edilmiş, yerləri və coğrafi əraziləri və hal-hazırdakı vəziyyətləri müəyyənləşdirilmişdir. Şuşa şəhərindəki tarix və mədəniyyət abidələrinin sayları dəqiqləşdirilərkən aşağadakı nəticələr əldə edilmişdir:
• Şuşa şəhərindəki memarlıq abidələrinin sayı: - 820, • Arxeoloji abidələrin sayı: - 73, • Bağ- park, monumental və xatirə abidələrinin sayı: - 7, • Muzeylərin sayı: - 7, • Şəkil Qalareyalarının sayı: - 1, • Muzey eksponatlarının sayı: - 17 022 əd.
İşğal altındakı Azərbaycanın mədəni irsi haqqında daha müfəssəl məlumat; Azərbaycanın İşğal altındakı daşınmaz tarix və mədəniyyət abidələrinin Elektron Məlumat Bazasından və “Müharibə qurbanları: - tarixi abidələr” adlı saytdan http://occupation-aze-monuments.com/ana-sehife/ əldə etmək olar.
Yaxın iki ay ərzində Qarabağın keçmiş Hadrud, Martuni, Əsgəran və Ağdərə rayonlarının da ərazilərində olan tarix və mədəniyyət abidələrinin dəqiqləşdirilmiş siyahısı ictimaiyyətə təqdim ediləcəkdir.
Faiq İsmayılov Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyinin sədri; AMEA Hüquq və İnsan Haqları İnstitunun əməkdaşı
Sorğu
Yeni dizaynımız necədir?