Xəzər rayon Binə qəsəbəsində yerləşən bağçada uşaqlardan biri tərbiyəçi tərəfindən döyülüb.
gundemxeber.az bildirir ki, bu haqda uşağın anası Leyla Əlizadə məlumat verib. Onun sözlərinə görə, hər şey uşaq bağçasında “aylıq” adı altında yığılan 20 manat rüşvəti vermədikdən sonra baş verib. “285 saylı uşaq bağçasında aylıq adı ilə yığılan 20 manat rüşvətə etiraz etdiyim üçün, müdirə Səidə Xudiyeva öncə məni bağçadan uzaqlaşdırmaq üçün şər-böhtan atdı ki, guya mən orada kiməsə əl-qol atmışam. Bundan sonra hazırladığı mətni işçilərə oxutmadan imzalatdırıb və polisə müraciət edib. O, mənə cinayət işi açdırmağa çalışsa da, onun iddiası polis araşdırması nəticəsində rədd edildi. İndi də bu iyrənc əmələ əl ataraq, uşağımı tərbiyəçiyə döydürüb. Ayın 14-də qızım bağçadan gələndən sonra, paltarını dəyişəndə göyərmiş hissələrini gördüm. Soruşanda qorxa-qorxa tərbiyəçi Təranənin adını verdi. Mən səhərisi gün usage polisə aparıb, ekspertizanın rəyini aldım”.
Sorğu
Yeni dizaynımız necədir?