Bu gün çox üzücü xəbər aldıq. Belə ki, Lələ Təpənin düşmən işğalından azad olunmasında iştirak etmiş Milli Ordumuzun əsgəri Aslanov Azər Əbülfət oğlu dünən müalicə aldığı Hematologiya və Transfuziologiya İnstitutunda dünyasını dəyişib. O, xeyli vaxt idi ki, qan xərçəngindən əziyyət çəkirdi. Hətta bir neçə dəfə qohumları ona qan lazım olmasına dair sosial şəbəkələrdə elan vermişdilər. Biz də bu barədə yazı yazıb elanı yaymışdıq. Amma təəssüf ki, olmadı.
Qohumlarının bildirdiyinə görə hərbiçimiz Azər Aslanov effektli müalicə olunmamasından, baxımsızlıq ucbatından dünyasını dəyişib. Onu ölkədə və xaricdə daha sanballı xəstəxanalarda müalicə edib ən azından ömrünü uzatmaq olardı. Amma etmədilər... Hakimiyyət yönümlü saytlar onun ölümünü belə təqdim edib; "Lələtəpə qəhrəmanı dünyasını dəyişdi". Düz yazıblar. O, qəhrəman idi. Amma orasına toxunmurlar ki, qəhrəmanımız niyə dünyasını dəyişdi? Cavab sadədir. Qohumlarının da dediyi kimi, Azər baxımsızlıq, diqqətsizlik ucbatından dünyasını dəyişdi.
Əgər bəzi məmurlar torpaqlarımızın işğaldan azad olunmasında şücaət, igidlik göstərmiş qazilərimizi şərləyib həbs edirsə, öz çirkin siyasi məqsədləri üçün onlara "Bandotdel"- də ağır işgəncələr verirsə, onları həbsdə çürüdürsə Azər Aslanov kimi qəhrəmanlarımızın xəstəlikdən ölməsi labüddür.
Azər Aslanova Allahdan rəhmət diləyir, onun ölümündə səbəbkar olanları isə şiddətlə qınayırıq!
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?