Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov və Gəncə şəhər İcra hakimiyyətinin başçısı Elmar Vəliyev Gürcüsatanda, Batimi yaxınlığında Qara dəniz sahilində beş ulduz otel tikirlər. Sözü gedən otelin gələn ildən başlayaraq turistləri qəbul edəcəkləri bildirilir.
gundemxeber.az xəbər verir ki, bu barədə AzFakt.com-a daxil olan məlumatda bildirilir ki, Kərəm Həsənovla Elmar Vəliyev şərikli biznes sahələrini genişləndirirlər. Qeyd edək ki, Kərəm Həsənov və Elmar Vəliyev qudadırlar və Gürcüstanda inşa edilən otel onların ilk şərikli biznesi deyil . Təqribən bir ay əvvə pia.az saytı yazmışdı ki, Əmlak Məsələləri Üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənovla qudası Gəncə şəhər icra başçısı Elmar Vəliyev Gəncədə hündür mərtəbəli binalar inşa edirlər. Hazırda həmin binalarda son tikinti işləri gedir.
Gəncə dəki tikinti işlərini, həmçinin Gürcüstandakı otel tikintisini Kərəm Həsənovun “Azinko” şirkəti həyata keçirir. Mənbə onu da bildirib ki, Gürcüstanda inşa edilən otelə bir neçə on milyon dollar vəsait sərf olunacaq.
Qeyd edək ki, ölkə prezidentinin xəbərdarlıqlarına baxmayaraq, artıq çoxdandır ki, Azərbaycan məmurları və iş adamları Azərbaycanda qazandıqları pulları Gürcüstana sərmayə qoyurlar. Azərbaycanda bir çox dövlət məmurunun qonşu Gürcüstanda otel və digər biznes sahələrinə sərmayə yatırmaları barədə qonşu ölkənin mətbuatında mütəmadi məlumatlar dərc edilir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?