GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Lənkəranda “İstisu”nun tikintisində müəmmalar – Araşdırma

Lənkəranda “İstisu”nun tikintisində müəmmalar – Araşdırma

Tarix: 12-06-2018, 16:56 Bölmə :Cəmiyyət Baxış: 455
Lənkəranda “İstisu”nun tikintisində müəmmalar – Araşdırma


“Son illər ölkədə sahibkarlığın inkişafına dəstək çərçivəsində dövlət səviyyəsində bir sıra tədbirlər görülüb. Bu, bəlkə də qeyri-neft sektorunun inkişafı zərurətindən irəli gəlir”.

Lənkərandan gundemxeber.az-in elektron poçtuna göndərilən araşdırma materiala belə sadə giriş verib. Sonra oxucumuz görünməyən qaranlıqlara işıq salıb və ixtisarla təqdim edirik:

Oliqarxların əlinə düşən girəvə – qanunda

Oxucumuz yazır ki, əvvəlcə 2011-ci ildə sahibkarlıq subyektlərində aparılan yoxlamaların vahid məlumat reyestri yaradılır.

2 il sonra hansısa fövqəlqüvvə bunun kifayət etmədiyini, əksər millət vəkillərinin də maraqlı olduğu bir məsələyə, yəni sahibkarların maraqlarının dövlət təminatına ehtiyac olduğunu bildirir. Bu minvalla “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” ayrıca qanun qəbul edilir.

Lənkəranda “İstisu”nun tikintisində müəmmalar – Araşdırma

LİSM layihəsinin perspektiv planı

Lakin hələ bununla da iş bitmir. Bundan sonra sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması “ideyası” irəli sürülür və nəticədə, sahibkarların mənafeyinin müdafiəsinə yönəlmiş növbəti addım atılır.

Yəni, 20 oktyabr 2015-ci ildə sahibkarlıq sahəsində aparılan yoxlamaların iki il müddətinə dayandırılması haqqında qanun qəbul edilir.

Bu cür “özünümüdafiə” tədbirlərinin səmərəsini görən işbaz məmurlar sözügedən qanunun 1-ci maddəsindəki “2 (iki) il müddətinə” sözlərini “2021-ci ilin yanvarın 1-dək” sözləri ilə əvəz edərək qanunun tətbiq müddətinin daha da uzadılmasına nail olurlar.

Beləliklə, oliqarxlarla monopolistlərin arzusu təmin olunur və əllərinə girəvə düşür. Qanunsuz sahibkarlıq fəaliyyəti göstərən bir çox korrupsioner məmurlar bu imkanlardan gen-bol bəhrələnərək çoxgedişli maliyyə kombinasiyaları icad edir.

Lənkəranda “İstisu”nun tikintisində müəmmalar – Araşdırma

İstisu hansı şirkətə verilib?

Sözün kəsəsi, oxucumuz mətləbə gəlir. O, bildirir ki, Lənkəranın Haftoni qəsəbəsindəki köhnə İstisu sanatoriyasının ərazisi qurama şirkətlərdən olan “Lenkeran Hotel and Resort Company” MMC-nin adına özəlləşdirilib.

Halbuki sanatoriya özəlləşdirilməzdən xeyli qabaq, yəni 2000-ci illərin əvvəllərində prezidentin sərəncamı ilə Lənkəran rayonunda kurort-sanatoriya xidmətlərinin yaxşılaşdırılması, turizmin inkişafı və əhalinin məşğulluğunun təmin olunması məqsədilə Haftoni qəsəbəsindəki 150 nəfərlik “İstisu” sanatoriyasının əsaslı təmiri “2004-2008-ci illərdə regionların sosial-iqtisadi inkişafı” Dövlət Proqramına daxil edilmişdi.

Bu sərəncamın icrası Mədəniyyət və Turizm Nazirliyinə, Dövlət Tikinti və Arxitektura Komitəsinə, İqtisadi İnkişaf Nazirliyinə, Maliyyə Nazirliyinə və Lənkəran Şəhər İcra Hakimiyyətinə həvalə edilmişdi.

Bundan bir qədər sonra, yəni 14 sentyabr 2005-ci ildə cənub rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında prezidentin № 1001 saylı sərəncamı dərc olunur.


Bu sərəncamın 2.3-cü bəndində açıq-aydın göstərilir: 2005-2006-cı illər ərzində Lənkəran rayonunda turizmin inkişaf etdirilməsi məqsədilə Haftoni qəsəbəsindəki 150 nəfərlik “Lənkəran” (İstisu) sanatoriyasının əsaslı təmiri Maliyyə Nazirliyi, Gənclər, İdman və Turizm Nazirliyi, rayon icra hakimiyyətinə həvalə edilsin.

Lakin bu illər ərzində sanatoriyada nəinki heç bir iş aparılmadı, əksinə onun qapıları bağlanaraq uzun müddət mühafizə altında istifadəsiz qaldı, dövlət səviyyəsində isə buna heç bir reaksiya verilmədi.

Lənkəranda “İstisu”nun tikintisində müəmmalar – Araşdırma

Büdcə vəsaiti şirkətə köçürülüb

Oxcumuz yazır ki, 2014-2018-ci illərdə regionların sosial-iqtisadi inkişafına dair növbəti dövlət proqramında artıq bu sanatoriyanın adı ümumiyyətlə çəkilmir. Sanki belə bir müəssisə heç əvvəldən mövcud olmayıb!

Beləliklə, Lənkəran İstisu dövlət proqramından çıxarılaraq “Lenkeran Hotel&Resort Company” MMC ilə təmsil olunan “PaşaHolding”-in mülkiyyətinə çevrilir.


Hazırda Lənkəran İstisu Sağlamlıq Mərkəzi (LİSM) layihəsi adı altında ərazidə intensiv tikinti və layihələndirmə işləri aparılır.

İş aparan tikinti şirkətləri müqaviləni “Lenkeran Hotel and Resort Company” MMC ilə bağlasalar da, layihəyə ümumi nəzarəti “PMD Group LLC” həyata keçirir.

“Lenkeran Hotel and Resort Company” MMC-nin bəzi əməkdaşları eyni zamanda “PMD Group LLC”-nin əməkdaşlarıdır.

Müəllif sual edir ki, “PMD Group MMC” tikinti-inşaat sahəsində kifayət qədər tanınmış şirkət olduğu halda, əməkdaşlarının adlarının qurama şirkətin əməkdaşları kimi təqdim edilməsində məqsəd nədir…

Yaxud, cəmi üç yaşı olan, heç kəsin tanımadığı bu qurama şirkət ərazidə müxtəlif tikinti xidmətləri göstərən onlarla şirkətin pulunu ödəmək üçün maliyyə vəsaitini haradan gətirir?

2004-2008-ci illərdə regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət proqramı çərçivəsində Lənkəran İstisu sanatoriyasının əsaslı təmirinə ayrılmalı olan büdcə vəsaiti şirkətin bank hesabına yönəldilib.

Lənkəranda “İstisu”nun tikintisində müəmmalar – Araşdırma


Fəhlələr 10 saat işlədilir…

LİSM layihəsi işçilərinin yemək və yol xərclərinin qarşılanmasında bir pərakəndəlik hökm sürür. Hər şirkət öz işçilərini aparıb-gətirmək üçün ayrıca servis tutmalıdır.

Acınacaqlısı budur ki, bir şirkətin servis maşını digər şirkətin yolla piyada gedən fəhləsini götürmür.

Bundan əlavə, əmək qanunvericiliyində 8 saatdan artıq olmayan iş günü nəzərdə tutulub. LİSM layihəsində isə fəhlələr 10 saat işləyir.

Başqa sözlə desək, əmək müqaviləsində iş vaxtı səhər saat 9:00-dan axşam saat 17:00-dək göstərilsə də, sahibkarlar onları işə səhər saat 8-də gəlməyə məcbur edir, axşam isə saat 6-dan tez buraxmırlar.

İşçilərə avans verilmir və bu azmış kimi, ilk ayın maaşı növbəti ayın sonunda ödənilir.

İşəgötürənlər işçilərlə bağladıqları müqavilələrin bir nüsxəsini onlara vermirlər.

Mövcud vəziyyətə dövlət nəzarətini həyata keçirməli olan orqanlardan biri və bəlkə də birincisi Dövlət Əmək Müfəttişliyidir.

Lakin Lənkəran DƏM xidmətinin müdir müavini R.Rəhimovun dediyinə görə, məlum prezident fərmanı ilə əlaqədar onların özəl şirkətlərin işinə müdaxilə etməyə ixtiyarı yoxdur.


Ancaq hər hansı fəhlə fərdi qaydada müraciət edərsə, həmin müraciət əsasında müvafiq araşdırma aparmaq olar.

Ümumiyyətlə, LİSM layihəsinin rəhbərləri bir tərəfdən yuxarıda sadaladığımız məhdudlaşdırıcı tədbirlərə, digər tərəfdən Bakıdakı himayədarlarına güvənərək nə rayonun yerli icra hakimiyyətini, nə bələdiyyəsini, nə də digər yoxlayıcı orqanları vecinə almır.

Misal üçün, bu yaxınlarda Lənkəranın “Ağ saray” şadlıq evində təhlükəsiz iş aylığı mövzusunda keçirilən tədbirə Dövlət Əmək Müfəttişliyi xidmətindən heç kəs dəvət olunmayıb – oxucu belə yazır…

Mövzu ilə bağlı qarşı tərəfin mövqeyini öyrənib dərc etməyə hazırıq…

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Gömrüklə bağlı iki sərəncam verildi - İlham Əliyev

    Gömrüklə bağlı iki sərəncam verildi - İlham Əliyev ...

    3-11-2014, 22:17

  • 
  • MM martın 4-də nələri müzakirə edəcək?

    MM martın 4-də nələri müzakirə edəcək? ...

    26-02-2016, 14:53

  • 
  • Sahibkarlıqla bağlı qanuna dəyişiklik edildi

    Sahibkarlıqla bağlı qanuna dəyişiklik edildi ...

    31-10-2017, 15:05

  • 
  • Qanunsuz yoxlama aparan məmurlar cinayət məsuliyyətinə cəlb olunacaqlar

    Qanunsuz yoxlama aparan məmurlar cinayət ...

    15-01-2014, 12:29

  • 
  • Fazil Məmmədovun nazirliyindən prezidentə şikayət - NARAZILIQ VAR...

    Fazil Məmmədovun nazirliyindən prezidentə şikayət ...

    2-04-2016, 01:28


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (366)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu