Özəl uşaq bağçalarının qeydiyyata alınması və fəaliyyətinə nəzarət Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. Kim nə əməl törədirsə, məsuliyyəti də o özü daşıyır.
Bu sözləri Axar.az-a Yasamal Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsindən Zöhrab Cəfərov Yasamal rayonunda yerləşən və uşaqların döyüldüyünü əks etdirən videosu yayılan “Kids Studio Uşaq Mərkəzi”nin lisenziyasız fəaliyyət göstərməsinin səbəbinə aydınlıq gətirərkən deyib.
Qeyd edək ki. Təhsil Nazirliyinin lisenziya verməməsinə baxmayaraq, bu qanunsuz bağçanın Yasamal rayonu ərazisində necə fəaliyyət göstərməsinə və rayon İcra Hakimiyyətinin bu qanunsuzluqdan niyə xəbərsiz olmasına qurumdan aydınlıq gətirilməyib.
Qeyd edək ki, uşaqlara qarşı zorakılıqla məşhurlaşan bu bağçada aylıq ödəniş 250 manat təşkil edib. Kifayət qədər yüksək məbləğ olduğu üçün bağçanın fəaliyyəti diqqəıt çəkməli idi.
Təhsil eksperti Kamran Əsədov bildirib ki, bu gün ölkədə Vergilər Nazirliyində qeydiyyatdan keçmiş 94 özəl bağçadan cəmi 20-nin lisenziyası var. Deməli, özəl bağçaların böyük hissəsi lisenziyasız fəaliyyət göstərir ki, onlardan biri də uşaqlara qarşı zorakılığı ilə gündəmə gələn “Kids studio Uşaq Mərkəzi”dir.
Xatırladaq ki, “Kids Studio”da uşaqlara qarşı kobud rəftarın videosu yayılıb. Uşaqlara qarşı kobud davranan tərbiyəçi Firuzə Tağıyeva işdən qovulub, bağça bağlanıb.
Ötən gün Yasamal rayon icra başçısı və İcra Hakimiyyətinin nümayəndələri bağçada olublar
Sorğu
Yeni dizaynımız necədir?