Bu gün Bakıda yerləşən "Kids studio" bağçasında uşaqlara qarşı kobus rəftarı özündə əks etdirən görüntülər yayılıb.
gundemxeber.az xəbər verir ki, məsələ ilə bağlı "Kids studio"nun direktoru Nigar Müseyibova BakuPost-a açıqlama verib. Bildirib ki, bağça fəaliyyətini dayandırıb:
"Bağça bu gün fəaliyyətini dayandırdı. Daha fəaliyyət göstərməyəcəyik".
Direktor bağçada uşaqlara qarşı hər hansı işgəncə olmadığını deyib: "Orada aqressiya olmayıb. Müəllimə uşağı silkələyib. Bundan başqa, onlar tezləşdirilmiş kadrlardır. Ona görə kobud görünür. Tezləşdirilmiş kadrların da öz təsiri var. Biz bir müddət əvvəl bağçada çalışan bir nəfəri işdən çıxarmışıq. Həmin qız oturub bütün görüntüləri axtarıb, arasından yalnız bunları tapıb. Çünki başqa bu kimi rəftar qeydə alınmayıb bağçada. Qisas almaq üçün görüntüləri yayıb. Biz onu işdən oğurluq üstündə çıxarmışdıq".
N. Müseyibova kadrlardakı uşağın F. Tağıyevanın qohum olduğunu deyib: "Həmin uşaq Firuzə müəllimənin öz qohumudur. Bundan başqa, o, yaxşı müəllimə olub. Uşaqları başının üstündə saxlayıb".
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?