Ceyhun Bayramovun Azərbaycan Respublikasının Təhsil naziri təyin olunması onun həmin vəzifəni müvəqqəti icra etdiyi vaxt üzərinə düşən işlərin öhdəsindən layiqincə gəlməsinin təsdiqi oldu. Ümid etməyə dəyər ki, Ceyhun müəllim bundan sonrakı fəaliyyəti ilə də möhtərəm prezidentimiz İlham Əliyevin, bütövlükdə Azərbaycan xalqının, respublikanın təhsil ictimaiyyətinin etimadını doğruldacaq, təhsilimizdə inkişafa nail olmaq üçün əlindən gələni əsirgəməyəcəkdir. Bundan ötrü cənab nazir yəqin ki kadr islahatına da önəm verəcək, ətrafına sağlam qüvvələri yığacaq, strateji vəzifələri köhnə, korrupsiyada adı hallanmış, reputasiyası korlanmış şəxslərdən təmizləyəcəkdir. Əlbət, yeni formalaşacaq komandada Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyevaya yer olmayacaq.
Xatırladaq ki, Dəryaz» qəzetində oxuculara idarə müdirinin paytaxtın orta məktəblərinə direktor seçimində müsabiqələrin tətbiqi ilə ehtikarlıq etməsi, apardığı korruptiv siyasət səbəbindən boş qalan direktor yerlərinə BŞTİ-nin inspektorlarını təyin etməsi, habelə müdirin əvvəlki karyerasında Baş Prokurorluq tərəfindən korruptiv əməllərdə şübhəli bilinərək məsuliyyətə cəlb olunması nəticəsində qorxusundan ağzının əyilməsinə qədər tutarlı məlumatlar yer almış, həmçinin onun Bakı şəhər məktəblərindən birinin direktorundan dəyəri böyük kəmiyyətlə ölçülən zinət əşyası rüşvət almasına dair dolaşan informasiyanı indiyədək rəsmən təkzib etməməsi yada salınmışdı. Saytımızda BŞTİ-də baş alıb gedən digər neqativ hallar, İdarənin başbilənlərinin qol qoyduqları başqa qanunsuzluqlar barədə ilginc məlumatlar yayınlanmışdı. Həmin sıradan olan informasiyalar redaksiyamıza daxil olmaqda davam edir.
Bildirilir ki, ənənəvi olaraq dərs ilinin sonunda aktuallaşan «vinetka biznesi» BŞTİ-yə M.Vəliyeva rəhbərlik edəndən daha da çiçəklənib. Belə ki, I, IV, XI sinifləri və əksər sinifıəri bitirənlər vinetka üçün 50 manat ödəyirlər. Bəzi «bərkgedən» məktəblərdə demək olar bütün siniflərin şagirdləri hər tədris ilini başa vurmaqla əlaqədar «vinetka tələsi»nə salırlar. Formalaşmış tariflərə görə, heç bir zəhmətləri olmaya-olmaya hər vinetkadan 10 manat məktəb direktoruna, 5 manat isə BŞTİ-nin müdir müavini — İnsan resursları şöbəsinin müdiri Rəşad Tağıyevin təsiri altında olan Təminat vəTəchizat sektorunun müdiri Şahin İsgəndərova çatır.
Bakı şəhər Təhsil İdarəsinin yarıtmaz siyasətini yürüdənlər təkcə idarə müdiri Məhəbbət Vəliyeva və bu mövzuda yazdığımız əvvəlki məqalələrdə adlarını çəkdiyimiz şəxslər deyil. İdarənin təchizat sektorunun müdiri Şahin İsgəndərovdan da məsuliyyət sorulmalı, əldə etdiyi nəhəng kapitalın mənbəyi araşdırılmalıdır. Heç yaşı 44 olmayan, Şahin İsgəndərovun 44 minlik 444 nömrə nişanlı inomarkası və əlbəttə ki, haram pul qazanmaqda böyük təcrübəsinin olması barədə KİV-də informasiya gedəndən sonra BŞTİ-nin həndəvərində duracaqda saxladığı «444″ yoxa çıxıb. İndilər o maşının yerində nömrə sonluğu 500 rəqəmi ilə qurtaran «Porşe» və 012 nömrə nişanlı «jip» dayanır.
Şahin İsgəndərov çapıb-taladığı haram kapital hesabına mal-mülk toplamaq yarışında Rəşad Tağıyevdən geri qalmamağa çalışır. O da paytaxt metrosunun «Əhmədli» stansiyasının həndəvərində 450 min manatlıq şəkildə gördüyünüz bu evi alıb , daha 250 min AZN də üstünə xərc çəkib.
Mənbə əlavə olaraq bildirir ki, onun Qubada da oteli var.
Məlumata görə, bu biznesə yalnız İsgəndərovun «xeyir-duası»nı almış, şərtləri ilə razılaşmış fotoqraflar daxi ola bilirlər. Onların da boynuna hər vinetkaya görə təchizat rəisi tərəfindən əlavə 5 manat qoyulur. Şahin İsgəndərovun gözündə sayıbəlli şagirdlər təkcə vinetka sifarişçiləri deyil, həm də Bakı məktəblərinin bufetlərinin potensial müştəriləridirlər. O üzdən hər bufetin üzərinə şagirdbaşı gündəlik 40 qəpik «taqsa» qoyulub.
Məktəblərin idman zalları və stadionlar icarəyə verilir.Məsələn, futbol meydançasında bir saat oyun üçün 30 manat alınır ki. bu məbləğlər də Şahin İsgəndərov.Rəşad Tağıyev və Məhəbbət vəliyeva arasında bölünür.
Sadiq oxucularımız xatırlayarlar, bu mövzuda yazdığımız əvvəlki məqalələrin qayəsini təşkil edən məlumatlarda o da bildirilirdi ki, BŞTİ müdirinin «qara kassası» kimi tanınan Yaqut Məmmədovanın qızı Nihal Hacıyevanı Daxili Nəzarət Şöbəsi imtahana buraxmayıbmış. Lakin 6 ay sonra R.Tağıyev yenidən onun xeyrinə təqdimat yazıb. 14 saylı məktəbdə müvəqqəti direktor müavini, oradan da 247 saylı məktəbə direktor təyin etdiriblər. İndi isə öyrənmişik ki, Nihal Hacıyeva hələ 2008-2012-ci illərdə 258 saylı məktəbdə adı müəllimə kimi getsə də, əslində özü xaricdə yaşayırmış. 227 saylı məktəbdə Vüsalə adlı tarix müəllimi imtahandan kəsilsə də qeyri rəsmi imtahan verərək Xətai rayonunda 147 saylı məktəbə tərbiyə işləri üzrə müavin, sonra isə yenə də qeyri rəsmi olaraq təlim-tərbiyə işləri üzrə müavin keçirilib.Təhsil Nazirinin isə bu təyinatdan xəbəri olmayıb.
Baş Təhsil idarəsi, elə bil and içib ki, ətrafına ən yaxşı pedaqoqları yox.ən yaxşı rüşvət yığanları cəlb edib. Belə ki, deyilənlərə görə Yaqut Məmmədova hələ 20 saylı məktəbdə direktor işləyərkən o,vaxtkı MTN onun əməllərində korrupsiya faktları aşkar edərək tədbir görülməsi üçün Təhsil Nazirliyinə müraciət edir.Təhsil Nazirliyi Yaxud Məmmədovanı işdən uzaqlaşdırdıqdan sonra BTİ onun bu «fərasatını» görüb idarədə məsul vəzifəyə, (Qara kassa) oradan isə 218 saylı məktəbə direktor təyin edirlər ki, gedib bir az da çox yığsın.
Bəzi əlamətlər Rəşad Tağıyevin aqibətinin heç də «yağ kimi» getməyəcəyini proqnoz etməyə əsas verir. Deryaz.az-a məlumat verən mənbə bildirir ki, onun əmisi OMON-çularla birgə dövlət çevrilişinə cəhddə ittiham olunaraq 7 il həbs olunub. Əmisi oğlu isə tələbəni zorladığına görə məsuliyyətə cəlb olunmuşdu. Amma hələ ki, öz kefindədir. Mənbənin dediyinə görə, Bakının Xətai rayonunun Kazımağa Kərimov küçəsindəki bu evi isə 480 min manata aldığı evi tamam
Deyilənə görə bu, Rəşadın 3-cü villasıdır. Dübəndidəki 3 milyonluq malikanəsi də öz yerində.
Bütün bunlardan belə yəqinlik hasil olur ki, əgər şöbə müdirləri bunca varidata yiyələniblərsə, demək, M.Vəliyevanın özü daha artığına malikdir və bu nəhayətsiz gəlirlərin mənbəyi quru maaş deyil, korrupsiyadır. Harama əl qatdığına görə məsuliyyətə cəlb olunacağı günü gecikdirmək üçün M.Vəliyeva bir ara professor Əli Həsənovun həyat yoldaşı ilə əmiqızı olduğu barədə söz çıxarmışdı. Ona ünvanladığımız məktubda bu qohumluq əlaqəsini də ya təkzib, ya da təsdiq etməsini xahiş etmişdik.
Lakin o məktubumuz da BŞTİ-yə ünvanladığımız əvvəlkilər kimi cavablandırılmadı. İndi isə məlumat almışıq ki, M.Vəliyeva akademik Ramiz Mehdiyevin qızı ilə rəfiqə olması barədə söz buraxıb. O söz də dolaşır ki, guya məhz bu xətt ilə (Prezident administrasiyası rəhbərinin dəstəyi ilə) Vəliyevanın bu yaxında təhsil nazirinin müavini vəzifəsinə irəli çəkilməsi artıq Ceyhun Bayramova tapşırılıb. P.S. Qeyd edək ki,yazı dərc olunmazdan əvvəl məqalədə göstərilən faktlara aydınlıq gətirilməsi üçün Təhsil Nazirliyinin və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin elektron adresinə rəsmi məktubla müraciət etsək də suallarımıza heç bir qurumdan cavab ala bilmədik. BTİ -nin mətbuat xidmətinin rəisi Bəşarət müəllim ilə də danışıb onu da belə bir məqalənin varlığı ilə bağlı məlumatlandırsaq da, o suallarımızı rəsmi qaydada ünvanlamağı xahiş etdi Lakin rəisdən də səs çıxmadı. Odur ki,qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq. Mövzuya qayıdacağıq./editor.az
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?