Tanınmış müğənni Kərim Abbasovun polis bölməsində onun barəsində nalayiq fikir bildirən sosial şəbəkə istifadəçilərini üzr istətdirməsi və bu görüntüləri əks etdirən videonu yayması ilə bağlı Daxili İşlər Nazirliyinin başlatdığı xidməti araşdırma başa çatıb.
Daxili İşlər naziri Ramil Usubovun göstərişi ilə Binəqədi rayon Polis İdarəsi 4-cü Polis Bölməsində bölmə rəisi, polis polkovniki Etibar Balakişiyev və kadrlarda görünən sahə müvəkkili, polis mayoru Oruc Mirzəyev barəsində aparılan xidməti araşdırma nəticəsində hər iki zabit cəzalandırılıb. Belə ki, sahə müvəkkili Oruc Mirzəyevin daxili işlər orqanlarından kənarlaşdırılmasına, bölmə rəisinə isə şiddətli töhmət elan edilməsinə qərar verilib.
Qeyd edək ki, Daxili İşlər naziri Ramil Usubovun imzaladığı müvafiq əmrlə polis idarəsi, bölməsi və digər strukturlara daxil olan qapalı yerlərə-otaqlara kamera ilə giriş qadağandır. Bundan başqa Cinayət Prosessual Məcəlləsində üzr istəmə və üzr istətmə hərəkətləri polisin deyil, məhkəmənin səlahiyyəti kimi təsbit edilib./lent.az
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?