Ukraynanın Poltava şəhər məhkəməsi azərbaycanlı ər və arvad barəsində 60 günlük həbs qərarı çıxarıb.
Əmiqızı və əmioğlu olan cütlük iki ildir ki, 4 yaşlı qızlarını cinsi istismara məruz qoyaraq onu porno filmlərə çəkirmişlər. Həmin pornovideolar isə Mərkəzi Asiyadan olan şəxslərə 100 dollara satılırmış.
Məlumata görə, 29 yaşlı ər kompüter proqramçısı olub. 30 yaşlı arvadı isə yüngül əxlaqlı hərəkətləri ilə tanınırmış. Onlar bu işə qızları hələ iki yaşındaykən başlayıblar.
Məhkəmədə hakimin “Özünüzün və qızınızın gələcəyini necə görürsünüz?” sualına əxlaqsız cütlük belə cavab verib: “Bizim gələcəyimiz yoxdur”.
Yerli qanunlara görə, onları 12 ilədək həbs gözləyir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?