İmişlidən dəhşətli xəbərlər gəlməkdə davam edir. Belə ki, xalqa qarşı fiziki və mənəvi soyqrımı davam edir. Bütün idarəçiliyi iflas olan İcra hakimiyyətinin pambıq siyasəti nəinki iflasa uğrayıb, artıq insanları ölümlə üz- üzə qoyub. Onları tarlalarda qul əməyi ilə işlətmək az imiş kimi indi də zəhərləyirlər...
Aldığımız məlumata görə bu gün 150- dən artıq şəxs pambıq tarlasında zəhərlənərək İmişli rayon Mərkəzi xəstəxanasına çatdırılıb. Xəstəxanada sıxlıq olduğundan əksər xəstələrə həyətdə ilkin tibbi yardım göstərilir. Həkim çatışmazlığı var. Rayonun bütün həkim heyəti xəsətələrə yardım etmək üçün səfərbər edilib. 10-a yaxın şəxsin vəziyyəti çox ağır olduğundan xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib və s.
Görünən odur ki, Vilyam Hacıyev rayonun sərvətini və milyonlarla manatını havaya sovuraraq, oğurlayıb şəxsi büdcəsini artırır xalqı qəpik- quruş ümidinə qoyublar. Çıxış yolu kimi də onların qul əməyindən istifadə edərək pambıq əkməyə, barama saxlamağa məcbur edirlər. Bu yanlış, anti- xalq siyasətinə "dur" deyən yoxdur...
İmişlidən aldığımız son məlumat
Verilən məlumata görə, pambıq tarlasında zəhərlənənlərin sayı 300- ə çatıb. İnsanların zəhərləndiyi pambıq tarlasının yüksək çinli məmurlardan birinə aid olduğu bildirilir. Polis əməkdaşları xəstəxananı mühasirəyə alıb, jurnalistlərə çəkiliş aparmağa imkan verilmir. Aldığımız qeyri- rəsmi məlumatlara görə, FHN rəhbərliyində təmsil olunan əməkdaşları hadisə ilə bağlı vertaliyotla İmişliyə gəlib...
Əcəb işdir, insanları qul kimi işlət, zəhərlə, həyatına qəsd et, sonra da dövlətçilikdən, humanizmdən, inkişafdan, xeyriyəçilikdən danış. Xalqa qarşı bu biabırçılığa, rəzilliyə, istismara, qul münasibətinə göz yummaq olmaz.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?