Gəncə şəhər 31 saylı usaq evində körpəyə qarşı daha bir müəllimə tərəfindən şiddət yaşandığı iddia olunur.
Bu barədə hüquq müdafiəçisi Taleh Xasməmmədov məlumat verib. Xasməmmədovun bildirdiyinə görə, bağçada işləyən Gülnarə adlı müəllimə 1 yaş 6 aylıq olan Sara adlı uşağın üzünə dağ basıb. Valideyn uşağın bu halını görüb şikayət edərkən müəllimə deyib ki, “uşaq-uşağın üzünü dişləyib, soyuq su əvəzinə isti su qoyulub deyə sifəti pis görkəmə düşüb”.
“Ancaq uşağı ekspertizaya aparıblar, orada müəyyən olunub ki, üzdə olan 2-ci dərəcəli yanıqdır və dəmir alətlə olub. Valideyn bağçada olan kamera görüntülərini tələb etsə də, müşahidə kameralarının görüntüləri gizlədilib.”- deyə hüquq müdafiəçisi bildirir.
Sorğu
Yeni dizaynımız necədir?