GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Neftçala Rayon Maliyyə İdarəsinin rəisi Rəşid Manafovun biznes imperiyası necə quruldu

Neftçala Rayon Maliyyə İdarəsinin rəisi Rəşid Manafovun biznes imperiyası necə quruldu

Tarix: 24-06-2018, 16:49 Bölmə :Cəmiyyət Baxış: 817
Neftçala Rayon Maliyyə İdarəsinin rəisi Rəşid Manafovun biznes imperiyası necə quruldu


Məmur dələduzluğunun növbəti qurbanı: sadə vətəndaş Zülfiyyə və Səxavət Babayevlərin Neftçala Rayon Maliyyə İdarəsinin müdiri Rəşid Manafov barədə ittihamları

Ölkə başçısı İlham Əliyev prezident seçkisindən sonra bir neçə böyük səlahiyyətlərə malik məmuru cəzalandırsa da, amma təəssüflər olsun ki, bu kiçik məmurlara dərs olmur. Yeni məmurlar vəzifəyə təyin olduqdan sonra xalqa xidmət etmək əvəzinə vəzifələrindən sui-istifadə edib kimlərinsə mülklərini necə ələ keçirib tez bir zamanda varlanmaqdan başqa bir şey düşünmürlər. Bu acgözlük də təbii ki, nə ölkə başçısının əmri ilə, nə də ölkənin inkişaf strategiyasında tənzimlənmir, yəni heç də normal hal deyil. Belə kiçik məmurlardan növbəti birini təqdim edirik. O, Neftçala Rayon Maliyyə şöbəsinin müdiri Rəşid Manafovdur. Rayonda dəyəri yüz minlərlə, hətta milyonlarla hesablanan mülkləri olan R.Manafov haqqında Azerbaycanrealligi.com xəbər portali olaraq kiçik araşdırma apardıq. Məlum oldu ki, o, rayonun mərkəzində məişət evi kimi fəaliyyət göstərən ikimərtəbəli nəhəng binanı - qiyməti 300 min manatlıq olan böyük bir obyekti cəmi 25-30 min manata ələ keçirib. Rəşid Manafov həmin obyektdə işləyən Fatma Abdullayeva və Etibar Çıraqov adlı işçilərlə birləşərək Neftçala Məişət Evinin dövlətin balansında olan pay səhminin əvvəlcə 31 faizini aldıqdan sonra obyektə tam sahib olmaq üçün Babayeva Zülfiyyə adlı bir xanımın adına olan digər 32 faiz pay səhmini də Babayeva Zülfiyyənin savadsızlığından istifadə edərək ələ keçirmişdir. Belə ki, R.Manafov həmin obyektdə işləyən Fatima Abdullayeva Etibar Çiraqov vasitəsi ilə ona Neftçala rayonunda dəyəri 18 min manata olan ev alıb. Daha sonra vəd verib ki, sənə hər ay 200 manat pul verəcək, həmçinin, hansı bir xeyir və ya şər işi olsa, yardımçı olacaq. Beləcə, şirinləşdirici vədlərlə onun səhmlərinin 32 faizini də dələduzluq yolu ilə vəzifəsindən sui-istfadə edərək almışdır. Zülfiyyə Babayevaya isə cəmi 2 il hər ay təxminən 200-150 manat miqdarında pul yardımı edilmişdir. Daha sonra Babayevanın qızının xeyir işi olanda Rəşid Manafovdan qızına cehiz əşiyaları almaq üçün yardım istəyən Zülfiyyə Babayeva ondan rədd cavabı alır. Z.Babayeva ona zəng edəndə telefonda Manafovun ona ünvanlanan təhqir və söyüşlərini eşidir, telefonun üzünə söndürülməsinin şahidi olur. Qeyd edək ki, Zülfiyyə Babayeva həmin məişət evinin əvvəlki müdiri olmuş Səxavət Babayev adlı şəxsin keçmiş həyat yoldaşı olmuşdur. Səxavət Babayevdən rəsmi boşandıqdan sonra məhkəmə qərarı ilə həmin mülk onlar arasında yarı bölünmüş və buna görə də səhmlərin 32 faizi Səxavət Babayevə, 32 faizi Zülfiyyə Babayevaya verilmişdir. Bu zaman rayonun maliyyə sədri də bundan maksumum istifadə etməyi bacarıb, dovlətin hərraca çıxartdığı 31 faiz səhmi alaraq daha sonra Zülfiyyə Babayevanı bildirdiyimiz şəkildə aldadaraq 32 faiz səhmi öz həyat yoldaşının adlna keçirib. Bununla da, Rəşid Manafovun həyat yoldaşı səhmlərin 63 faizinə sahib olub, həmin obyektin müdiri təyin olunub, daha sonra isə çarəsiz qalan Səxavət Babayev də ona məxsus olan 32 faiz səhimi də Rəşid Manafova satması haqqında təklif göndərib. Manafov da Səxavət bəyin səhmlərini su qiymətinə almağa nail olub. Beləcə bundan sonra həyat yoldaşı həmin obyektin bu dəfə 95 faizinin sahibi olub və sahibkar kimi fəaliyyətə başlayıb.

Məsələ ilə bağlı hüquqşunas Nazim Əhmədovla əlaqə saxladıq. N.Əhmədov məsələ ilə bağlı artıq Zülfiyyə xanımla müqavilə bağladığını qeyd edərək bildirib ki, rayonun maliyyə sədrinin bu cür hərəkətlərinin kifayət qədər çox olması haqqında məlumatlıdır və artıq bu istiqamətdə araşdırma aparır: "Təbii ki, bunu 20 ildən artıqdır ki, vəzifədə olan maliyyə şöbəsinin müdiri Rəşid Manafov bunu tək edə bilməz, görünür bu işlərdə ona rayonun müxtəlif məmurları da yardım etmişlər. Rəşid Manafov vəzifəli şəxs olduğu üçün ona cinayət məcəlləsinin bir neçə ittihami elan olumalıdır. Buna görə də mən bu işin araşdırılması üçün gələn həftə baş prokuror Zakir Qaralova, Daxili İşlər Naziri Ramil Usubova, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Mədət Quliyevə müraciət edəcəyəm və daha sonra öz mübarizə hüquqi müstəviyə çıxarılacaq".

Zülffiyə Babayevanın keçmiş həyat yoldaşı Səxavət Babayev isə bildirir: "Əlacsız qaldığım üçün səhmlərim hərraca çıxarılmışdı və Rəşid Manafov dövlətin hərraca çıxartdığı səhmləri almişdi. Daha sonra da keçmiş həyat yoldaşım olmuş Zülfiyyə Babayevanın savadsizlığından istifadə edərək ona şirinləşdirici vədlər verib onun da səhlərini almışdır. Mən xəbər tutanda artıq gec idi, pulum olmadığı üçün məcbur olaraq mən də öz səhmlərimi ona cəmi 15 min manata satmalı oldum. S.Babayev bildirir ki, bu Rəşid Manafovun ilk işi deyil, o bu cür vəzifəsindən sui-istifadə edərək bir neçə vətəndaşı da aldatmışdır. Onun övladları 100 minlik maşınlar sürür, bir deyən yoxdur bu maşınları hansı pullarla almısan, neçə-neçə balıq vətəqələri var, Bildirim ki, həmin vətəqələrə və bir sıra restoranlara MTN-nin keçmiş generalı hal-hazırda həbsdə olan Akif Çovdarovla şərikdir. Bu sözləri deyərkən anlayıram ki, deyə bilərsiz ki, qərəzli danışır. Buna görə də, bütün araşdırmaçı jurnalistləri Neftçalaya dəvət edirəm. Gəlin, R.Manafovun insanları aldatdığı yollarla tanış olun və bu yolla qurduğu biznes imperiyasını öz gözlərinizlə görün"./Azerbaycanrealligi.com
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Neftçala avtovağzalı uğurunda böyük savaş

    Neftçala avtovağzalı uğurunda böyük savaş ...

    5-02-2014, 11:02

  • 
  • Neftçalada ara qarşıb məssəb itib - Bələdiyyə sədri, maliyyə rəisi icra başçısına qarşı

    Neftçalada ara qarşıb məssəb itib - Bələdiyyə ...

    30-05-2018, 15:30

  • 
  • Neftçalada Mustafa Əliyev rayonda bütün torpaqları hərraca çıxarıb

    Neftçalada Mustafa Əliyev rayonda bütün ...

    13-05-2014, 10:25

  • 
  • İsmayıl Vəliyev büdcə pullarını necə “yeyir”?

    İsmayıl Vəliyev büdcə pullarını necə “yeyir”? ...

    8-12-2013, 20:47

  • 
  • Bələdiyyə sədri ilə məmur əlbəyaxa oldu - Polis ayırdı

    Bələdiyyə sədri ilə məmur əlbəyaxa oldu - Polis ...

    11-06-2016, 13:52


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
BetBoom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu